Budala. Azərbaycan dilinin Zaqatala şivəsində “dəli xasiyyət,
ağıldanyüngül” mənasında işlənir: Doğurdan da, budala adam ho işi görər (7, 65).
Türk ədəbi dilində “axmaq, sərsəri” mənası qeyd olunub (75,
164): O budala bu sözdeki nükteyi asla kastetmemişti (Tarık Buğra)
(68, 418). Budala sözü ərəb mənşəli söz olub bədəl sözünün cəm for-
masıdır: bedel>abdal>budala sözü “bir şeyi əvəz edə bilən, bədəl” mənasını ifadə edir (23, 41).
Abdal məqamına çatanlar anidən göz-
dən itə bilir və çox uzaqlara gedir. Bu zaman hər baxımdan özləri-
nin əksi olan birini öz yerlərinə təyin edirlər. Hal-vəziyyət və for-
maya görə ayırd edilməyən bu bədənə “bədəl” və “bədil” deyilir
(102, 106). Gətirdiyimiz dil faktına əsaslanaraq belə qənaətə gəlirik ki, bu- dala sözü bu gün qeyd olunan mənadan uzaqlaşmışdır.