ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə2/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

 
DİZAYN: İlham Əliyev 
- B a k ı   M ü h ə n d i s l i k   U n i v e r s i t e t i n i n   n ə ş r i -  
Formatı: A5, Həcmi: 80 
Tiraj: 100 ədəd
 
 
© Zabitə Teymurlu, 2017 


Azərbaycan dilinin dialekt leksikası 
 

 
3
 

 
GİRİŞ 
Oğuz qrupuna daxil olan türk dillərinin, o cümlədən Azərbaycan 
dilinin formalaşmasının tarixi qədimdir. Dilin tarixini xalqın tarixindən 
ayrı təsəvvür etmək mümkün deyildir. Azərbaycan dili Azərbaycanda 
qədimdən mövcud olmuş və sonralar bu əraziyə gəlmiş bir sıra türk 
qəbilə və tayfa dillərinin əsasında formalaşmışdır. Oğuz qrupuna daxil 
olan dillərin müxtəlif dövrlərdə qıpçaq, karluq dil qruplarının, eləcə 
də ərəb və fars dillərinin güclü təsirinə məruz qalması, ayrı-ayrı oğuz 
dillərinə təsir edən müxtəlif dilxarici amillərin olması onların fərdi xü-
susiyyətlər kəsb etməsinə gətirib çıxarmışdır. Azərbaycan dili tarixi 
inkişafında aparıcı oğuz ünsürlərini qorumuş, özünəməxsus əlamətlər 
qazanmış, digər oğuz dillərindən (türk, türkmən, qaqauz) fərqlənən 
müstəqil bir dil kimi inkişaf etmiş və Azərbaycan xalqının milli dili 
kimi formalaşmışdır.  
Müxtəlif dillərə aid leksik vahidlərin bu və ya başqa dildə aşkara 
çıxarılması, qruplaşdırılması, dil əlaqələrinin səbəblərini, formalarını 
öyrənmək bu gün də aktualdır. Tədqiqata cəlb etdiyimiz dillərin dia-
lekt leksikası ilə ədəbi dilin müqayisəli-tarixi şəkildə öyrənilməsi, dil 
öyrənmədə ehtiyac duyulan uyğun və fərqli dil elementlərinin aşkar 
edilməsi türk dilçiliyinin maraq dairəsinə daxildir. Əlbəttə, türk xalq-
ları ən geci orta əsrlərin sonlarından etibarən etnososial diferensiasi-
ya prosesini başa çatdıraraq müstəqil, yaxud yarımmüstəqil xalqlar 
kimi formalaşdığından dilləri də bir-birindən bu və ya digər dərəcədə 
fərqlənir. Müxtəlif türk dövlətlərinin meydana gəlməsi, ictimai-siyasi 
ayrılma türk dillərində ümumi və fərqli cəhətlərin müəyyənləşməsinə  
səbəb olur. Bu zaman oxşar cəhətlərin varlığı bu dillərin yaxınlığını 
sübut edirsə, fərqli cəhətlər hər bir dilin özünəməxsus inkişaf yolunun 
olduğunu göstərir. Təqdim olunan əsər Azərbaycan dili dialektlərinin 
türk dili ilə ortaq və fərqli xüsusiyyətləri barədə müəyyən təsəvvür ya-
radır.  Dillərin  qarşılıqlı  təsirinin  xüsusiyyətləri  dil  materialında  öz 
əksini tapır.  
Tədqiqat Azərbaycan dilinin dialekt leksikasının türk ədəbi dili-
nin leksikası ilə müqayisəli şəkildə öyrənilməsi sahəsində ilk araşdır-
madır. Bu səbəbdən aktuallıq kəsb edən həmin mövzunun müqayisəli-
tarixi səviyyədə öyrənilməsi, qohum dillərin tarixi inkişafı və müasir 
vəziyyəti haqqında bilik və təsəvvürləri xeyli genişləndirə bilər. 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin