Zabitə Teymurlu
6
Azərbaycan dilinin dialekt leksikası
7
I FƏSİL
AZƏRBAYCAN DİLİ DİALEKTLƏRİ
1.1. Azərbaycan dilinin formalaşması tarixinə dair
Türklərin dünya üzərində geniş bölgələrə yayılmaları nəticəsin-
də, türk dilləri də özüylə mənşə baxımından yaxınlığı olan (yaxud
olduğu guman edilən) və ya olmayan bir çox dillərlə qarşılıqlı əla-
qədə olmuşdur. Bu əlaqə nəticəsində türk dilləri ilə başqa dillər
arasında qarşılıqlı təsirlər ortaya çıxmış və türkcə bu dillərdən bir
çox yabancı ünsürlər aldığı kimi, onlara da özündən bir çox şeylər
vermişdir (97, 3). Bu gün türk dilləri çox geniş sahəni əhatə edir.
Qərbdə Balkanlardan şərqdə Böyük Okeana, şimalda Şimal dənizin-
dən, cənubda Tibetə qədər uzanan çox geniş bir ərazidə işlənmək-
dədir. Türk dilləri geniş bir coğrafiyada danışılan dillərdən olması-
na baxmayaraq, bu dillər müqayisəli şəkildə indiyədək kifayət qə-
dər araşdırılmamışdır. “Türk dilləri bir-birlərindən o qədər də cid-
di fərqlənmir. Onlar həm genetik, tipoloji, həm də qrammatik quru-
luşları, əsas lüğət fondlarının ümumi olmaları ilə əlaqədar olaraq
bir ailədə - türk dilləri ailəsində birləşə biliblər. Bu dil qrupunun,
demək olar ki, hamısı bir-birlərini məhz elə bu ümumiliyə görə asan-
lıqla başa düşə bilirlər (çuvaş və yakut dilləri bir qədər istisnalıq
təşkil edir)” (65, 30). Türk dilləri içərisində fonetik, leksik və qram-
matik xüsusiyyətlərinə görə bir-birinə daha yaxın olan Azərbaycan
və türk dilləri müxtəlif coğrafi ərazilərdə, müxtəlif dövlətlərin tərki-
bində fəaliyyət gostərsələr də, hər iki dildə ümumi dil xüsusiyyət-
ləri çoxdur. Bu ortaq dil elementləri əsrlər boyu qorunaraq müasir
dövrümüzə qədər gəlib çatmışdır. Məhz elə bu xüsusiyyətlərə görə
türk dilləri tarixən bir-biri ilə qohum olan, bir kökdən əmələ gələn
dillər qrupuna aid edilir. Türk dilləri ümumi türk kökündən təşək-
kül tapıb formalaşsa da, uzun illər boyu fonetik, leksik, qrammatik
quruluşlarında müəyyən fərqli xüsusiyyətlər ortaya çıxmışdır. Ona
görə də türk dillərinin hər biri, demək olar ki, fonetik, leksik, qramma-
tik cəhətdən özünəməxsus ümumiləşdirici əlamətlər əsasında qrup-
|