yox olub getmir, ya məhdud dairədə ünsiyyət vasitəsi olur (udin və
tat dilləri kimi), ya da məğlub olan dil (məsələn, ərəb dili) qalib
dildə öz izini saxlayır. Azərbaycan dilində assimilyasiyaya uğramış
yerli dillərin izləri də özünü göstərməli idi. Bəlli olduğu kimi, müa-
sir Azərbaycan dilinin nə fonetik sistemində, nə də qrammatik qu-
ruluşunda indiyədək yad izə təsadüf edilməmişdir” (27, 18).
Səlcuq türklərinin gəlişinə qədər Azərbaycanda türk tayfaları-
nın böyük kütlələrinin mövcud olması tarixi həqiqətdir.
“Azərbaycanlılar etnik və dil kökünə görə türk mənşəlidir. Bu
türkcə heç bir başqa sistemli dilin assimilyasiyası deyil. Tarixin mə-
lumat verdiyi bütün dövrlərdə Azərbaycan ərazisində türklərin var-
lığı söylənir. Sonralar dəfələrlə gələn türk qövmləri ölkədə onların
sayını artırmışdır. Ərazimizdə türklər say artımı ilə başqa etnosla-
rı sıxışdırmış, kəmiyyətcə mütləq aparıcılıq qazanmış, ancaq irili-
xırdalı heç bir dili assimilyasiya etməmişdir. Deyildiyi kimi, azərbay-
canlıların etnik psixologiyasında başqasını mənəvi cəhətdən (dil də
mənəvi faktordur) sıxışdırmaq keyfiyyəti olmayıb” (16, 27).
Oğuz qəbilələrinin birləşməsi nəticəsində müasir dörd dil –
Azərbaycan, türkmən, qaqauz və türk dilləri əmələ gəlmişdir.
“Azərbaycan dili öz əlamətləri ilə gah türk və qaqauz dillərinə,
gah da türkmən dilinə qarşı dayanır, bəzən isə əksinə, Azərbaycan
dilinin xüsusiyyətləri ya türkmən, ya da türk və qaqauz dilləri ilə
uyğun gəlir. Bundan başqa, həmin dillərin uyğun və fərqli cəhətləri
ədəbi dillə dialektlər arasında da özünü göstərir. Türkcədə ədəbi dil
xüsusiyyəti olan bir əlamət Azərbaycan dilində dialekt xüsusiyyəti
sayılır və ya əksinə” (27, 281).
Məsələn, Azərbaycan dilinin Başkeçid, Borçalı şivələrində təsa-
düf etdiyimiz sülüx` sözünə türk ədəbi dilində də təsadüf olunur (7,
450): Şimdi gidip yanağıma beş on sülük yapıştıracağım (Faiq Reşat)
(70, 2873). Bu sözün ifadə etdiyi məna (zəli) hər iki türk dilində də
eynidir.