ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə10/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Dalda// Dalday// Daldey sözləri Azərbaycan dili şivələrində 
(Bakı, Füzuli, Göyçay, Kürdəmir, Qax, Mingəçevir) “külək, yağış, gün 
tutmayan yer” mənasında işlənir: Heyvannarı çek, daldada saxlagi-
nən (Bakı); Yeydə daldada uturanda isdi güc eləmiy (Qax); Daldada 
düzəliv işdi:rik (Füzuli); Malçının bağı daldaydadı, onö:rə da meyvəni 


Zabitə Teymurlu 

 
12
 

 
küləx`  töx`mür  (Çənbərək);  Ağacın  altında  daldey  vardı  (Qazax); 
Ojağı  daldeyda  qala  (Gəncə); Bu  yağış  bizim  əhdimizi  kəsəjəx`;  o 
qa:lığda daldey olar (Şəmkir) (7, 112-113). Bu sözə türk ədəbi dilin-
də dulda şəklində “bir yerin günəşdən, küləkdən və b. şeylərdən qo-
runan qismi, dalda, sipər” mənasında təsadüf olunur. Türk  ədəbi 
dilində “səssiz, gözdən uzaq, tənha yer” mənaları da səciyyəvidir: 
(…)hayli aralıklı dut ağaçlarının ve kavakların duldasına yapılmıştı 
(Musatafa N. Sepetçioğlu) (68, 764). Qədim türk dili abidələrində 
dalda>dulda şəklində işlənmişdir (107, 60). Qaracaoğlanın dilində 
dulda sözü “himayə” mənasında işlənib: Yiğit duldasında yiğit sak-
lanır/Muhannette gölge olmaz dal olmaz (68, 764). Qeyd olunan mə-
naya türk dilinin Amasya, Kayseri, Niğdə, Adana ağızlarında da tə-
sadüf olunur (121). 
Dalda sözü türk dilinin əksər ağızlarında “küləkdən, günəşdən, 
yağışdan qorunmuş yer” mənasında işlənir (121). Əslində dal sözü-
nü “arxa, dal” mənasında səciyyələndirmək olardı. Lakin dilçilər dal-
da leksik vahidini mongol-tunguz dillərinə aid edirlər. Mongol dilin-
də dalda “dayaq”, dali- “bağlamaq, gizlətmək”, daliqa “bağlı yer, di-
var” mənalarını ifadə edir. Qədim türk dilində isə “bağlamaq, giz-
ləmək” mənaları yaşur- sözü ilə ifadə olunub. Türk dilində yaşmaq 
“üz örtüyü” mənasında işlənir. Bu nümunələrə əsaslanaraq E.V.Se-
vortyan dalda~dalda- sözünü ümumaltay leksikasına aid edir və mən-
şəcə türk olması görüşünə tənqidi yöndən yanaşır (117,138-139).
Əlliq//Əllix sözünə isə Azərbaycan dili şivələrində “ocaqdan 
isti qabı götürməк üçün parça, əsgi” (İmişli); “təndirdən isti çörəyi 
çıxartmaq üçün qolçaq” (Salyan); “təкbarmaqlı əlcəк” (Bərdə, Bor-
çalı, Qazax, Gədəbəy, Laçın) mənalarında təsadüf edilir: Əllig çörək 
yapanda lazım olur (Salyan); Əlligi mə:, qazanı götürüm(İmişli); Əl-
liyin dörd barmağı bir olur, baş barmağ ayrı olur (Bərdə); Əllix` yun-
nan toxunar (Borçalı); Əllix`siz qışda əzməy olarmı, ə:arvad? 
(Gədəbəy) (7, 159). Türk ədəbi dilində  əllik  sözünə  təsadüf olun-
mur. Türk dili ağızlarında isə bu söz “əlcək, qalın iş əlcəyi” mənasını 
ifadə edir (122): Еllеr, göbек üstündе, yoк bir şеy umrunda / Еlliкtеn 
çıкmış еllеr, екmек uğrunda (Ziya Osman Saba «Еllеr»).
 
Azərbaycan ədəbi dilində işlənən bildir (keçən il), sancaq (ya-
xaya, başa sancmaq üçün adi və ya qiymətli metaldan düzələn müx-
təlif ölçülü və formalı qadın bəzəyi) sözü isə türk ədəbi dilində  iş-



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin