E.Əzizov əsas ləhcələrdən başqa keçid tipli(qarışıq, aralıq) şi-
vələri də göstərir. “Keçid şivə termini həm eyni bir dilin ərazi cə-
hətdən əlaqədə olan iki dialektinin sərhəd zonasındakı şivələrə, həm
də iki qohum dilin sərhəddində yerləşmiş şivələrə aid edilə bilər”
(27, 304). “Ayrı-ayrı dillər bir-biri ilə qarşılıqlı əlaqədə olduğu kimi,
bu və ya digər dil tərkibindəki dialektlər də qarşılıqlı münasibətdə
olur. Dialektlər arasındakı belə qarşılıqlı təsir və əlaqə özünü daha
aydın şəkildə keçid şivələrində göstərir”. Yenə orada A.Vəliyev qeyd
edir ki, keçid şivələrinin qərb, şərq və şimal qrupları ilə ədəbi dil ara-
sında körpü mövqeyində durduğunu müəyyənləşdirmək olur. Müəl-
lif şərq qrupu ilə qərb qrupu arasında Göyçay keçid şivələrinin, qərb-
lə şimal arasında Ağdaş keçid şivələrinin, qərblə cənub arasında isə
Cəlilabad (Astraxanbazar) Yardımlı keçid şivələrinin mövcudluğun-
dan bəhs edir (61, 3).
Azərbaycanın Şəki-Zaqatala bölgələrinin şivələri E.Əzizovun
təsnifatında qarışıq tipli şimal-qərb şivələrinə, Ağdaş, Göyçay, Ucar,
Zərdab rayonlarının ərazilərində, cənub-şərqdə Cəlilabad, Biləsuvar
rayonlarının ərazilərində, nisbətən cənub-qərbdə Araz çayından
şimalda Cəbrayıl, Zəngilan, Qubadlı, rayonlarının ərazilərində əsas
ləhcələr arasında yerləşən şivələr keçid (aralıq) şivələrə aid edilir
və müxtəlif ləhcələr üçün səciyyəvi olan fonetik, qrammatik və lek-
sik xüsusiyyətlər göstərilir (27, 278).
M.Şirəliyevin bölgüsündə şimal qrupu dialekt və şivələri adı al-
tında Nuxa dialekti, Zaqatala-Qax şivələri verilir. E.Əzizov isə bu şi-
vələri (Şəki, Oğuz, Qax, Zaqatala, Balakən) dilimizin qarışıq tipli şi-
mal-qərb şivələrinə aid edir (27, 290).
Məlumdur ki, Azərbaycan dili şivələrinin təsnifatında, əsasən,
coğrafi prinsip əsas götürülür. Coğrafi baxımdan Şəki, Oğuz, Qax,
Zaqatala, Balakən rayonlarının şivələrini dialektlərin şimal-qərb
qrupuna aid edilməsi daha düzgündür. Çünki bu rayonlar ərazi ba-
xımından şimalda deyil, bir qədər şimal-qərbdə yerləşir.
Əgər şimal-qərb şivələrinin dil xüsusiyyətlərinə nəzər salsaq,
görərik ki, bu zonanın dialekt xüsusiyyətləri başqa ləhcələrlə qarşı-
qoyulma yaratmır, əksinə, burada həm qərb, həm şimal-şərq, həm
də cənub ləhcəsi üçün səciyyəvi olan xüsusiyyətlər özünü göstərir.