ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə14/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
15
 

 
lan uğurlar birdənbirə əldə edilməmişdir. Bu baxımdan N. İ. Aşma-
rinin Azərbaycan dialektologiyasına xidmətini xüsusi qeyd etmək 
lazımdır. 1924-cü ildə Azərbaycanı öyrənən və tədqiq edən cəmiy-
yətin tapşırığı ilə N. İ. Aşmarin Azərbaycan xalq dili şivələrinin lü-
ğətinin tərtib edilməsi üzrə proqram və göstərişlər əsasında başqa 
şivələrin də öyrənilməsi başlanır. Məhz bundan sonra Azərbayca-
nın  müxtəlif  rayonlarından  dialektoloji  material  toplanışı  davam 
etdirilmişdir. Bu işin yekunu olaraq, 1930-1931-ci illərdə “Azərbay-
can türk xalq şivələri lüğəti”nin birinci cildinin iki hissəsi nəşr olun-
muşdur. Azərbaycan dili dialektlərinin sistemli şəkildə tədqiq edil-
məsinə 1932-ci ildən başlanılmışdır. Azərbaycan dialektologiyası-
nın yaranması, inkişafı və bir elm sahəsi kimi formalaşması akad. 
M. Şirəliyevin adı ilə bağlıdır. Onun 1941-ci ildə namizədlik disserta-
siyası kimi müdafiə etdiyi və Elmi Şura tərəfindən yüksək qiymət-
ləndirilib birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq 
görülən “Bakı dialekti” əsəri nəinki Azərbaycanda, həmçinin türk-
dilli  respublikalarda  da  dialektoloji  tədqiqatlar üçün  bir  nümunə 
rolunu oynamışdır. Görkəmli alim iki hissədən ibarət olan “Azərbay-
can dialektologiyası” adlı əsəri ilə Azərbaycan dialektologiyası sa-
həsində yeni bir mərhələ açmışdır. Bu əsərin I hissəsi 1942-ci ildə 
eyni adla, II hissəsi isə “Qazax dialekti haqqında ümumi obzor” adı 
ilə 1943-cü ildə nəşr olunmuşdur. Bu əsərin I hissəsində dialektolo-
giya elminin bir sıra ümumi məsələlərindən bəhs olunmuş, ilk dəfə 
olaraq Azərbaycan dialektlərinin təsnifi verilmişdir. II hissədə isə 
Qazax dialektinin fonetik, leksik və qrammatik xüsusiyyətləri açıq-
lanmışdır. 
1945-ci ildə Azərbaycan EA yarandıqdan sonra keçmiş Nizami 
adına Ədəbiyyat və Dil İnstitutunda fəaliyyət göstərən Azərbaycan 
dialektologiyası şöbəsində elmi-tədqiqat işləri canlanmağa başla-
mışdır. Beləliklə, Azərbaycan dialektologiyası şöbəsində dialektlə-
rin  həm  monoqrafik  yolla  öyrənilməsi  davam  etdirilmiş,  həm  də 
dialektoloji lüğət tərtibi üçün proqram və sorğu vərəqələri hazırla-
nıb çap olunmuşdur. Bu proqram əsasında Azərbaycanın əksər ra-
yonlarından zəngin dialektoloji materiallar toplanmışdır. Toplanmış 
materiallar əsasında şöbə işçiləri tərəfindən 1955-ci ildə “Azərbay-
can dilinin Muğan qrupu şivələri”, 1962-ci ildə “Azərbaycan dilinin 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin