Zabitə Teymurlu
22
1. Azərbaycan dili dialektlərində söz əvvəlində dilarxası, növlü,
kar x samitinin mövqeyində türk dilində olduğu kimi h boğaz
samitinin işlənməsinə Ordubad və Yardımlı şivələrində təsadüf
edilir: horuz, hermən, hurcun, hala (Ord.), harman, hortdan,
hurcun, hiyar, hasta (Yar.-Telavar, Üzü, Ostayır) (27, 267). Azər-
baycan dilində x samiti ilə başlayan və bitən sözlər türk dilində
h və ya k samiti ilə, sözün ortasında isə həmin samitlərdən baş-
qa bir də ş samiti ilə işlənir. Hər üç samit x səsinə nisbətən daha
kardır: haber «xəbər», çok «çox», arşiv «arxiv».
2. Azərbaycan ədəbi dilində ahəng qanununa tabe olmayaraq, sö-
zün əvvəlində i səsi gəldiyi halda, Qazax, Gəncə dialektlərində
və Qarabağın bəzi şivələrində ı səsi özünü göstərir. Məsələn,
ışıx, ılxı, ıldırım və s. (59, 56). Türk dilində Azərbaycan dilindən
fərqli olaraq sözün əvvəlində ı saitinin işlənməsi normal haldır:
ışık “işıq”, ırak “iraq”, ısı “istilik”.
3. Azərbaycan dili dialektlərində (xüsusən Zaqatala-Qax şivəsin-
də) y səsinin artımı qabarıq şəkildə özünü göstərir. Naxçıvan
və qərb dialektlərində də y səs artımının izlərinə təsadüf edilir.
Qazax dialektində söz əvvəlində y səsi möhkəm deyil. Lakin Qa-
zax dialektinin əhatə etdiyi rayonların bəzi kənd şivələrində y
səsinin artımı müşahidə olunur: yuldurum // yıldırım, yılxı (Za-
qatala, Qax) (59,94). Türk dilində bəzi sözlərdə söz başında qə-
dim fonemlərdən olan y saxlanmışdır. Azərbaycan ədəbi dilin-
də isə bunlar səs düşümünə uğramışdır: yıldırım “ildırım”, yıldız
“ulduz”, yılkı “ilxı”.
4. Azərbaycan dilində çoxhecalı və bəzi təkhecalı sözlərin sonun-
da işlənən d, b, g, c cingiltili samitləri tələffüz zamanı karlaşır,
yəni kar qarşılığı ilə deyilir. Bu cür sözlər türk dilində d, b, g, c
samitləri kar qarşılıqları olan t, p, k, ç qarşılıqları ilə yazılır və
tələffüz edilir. Bu hala Azərbaycan dili dialektlərində də təsa-
düf edilir. Məsələn, kitap (Naxçıvan, Ordubad, Ağdam, İrəvan,
Zaqatala, Muğan), hesap, məktup, qulup, məktəp (Muğan, Nax-
çıvadan, Ordubad); dört, qurt, süt, arvat, noxut, palıt, bulut (Qa-
zax, Gəncə, Qarabağ, Şərur, Naxçıvan, Ordubad, Muğan) və s.(59,
89, 90 ).
|