Azərbaycan dilinin dialekt leksikası
23
5. Qərb ləhcəsinin şivələrində bəzi sözlərdə söz əvvəlində dilar-
xası ӄ samitinə təsadüf edilir: ӄış, ӄuş, ӄutu (Qazax, Borçalı),
ӄıfıl (Tovuz, Borçalı), ӄuş, ӄıfıl, ӄısır (Şərur)(27,267). Bu hala
türk ədəbi dilində də təsadüf edilir: kış, kuş, kutu, kısır və s.
6. Azərbaycan dilinin Ayrım, Şəmkir, Tovuz, Qazax, və Borçalı şi-
vələrində, eləcə də adacıqlar şəklində bir sıra rayonların (Şərur,
Sədərək, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Bakı, Salyan) bəzi kənd
şivələrində ismin təsirlik halında saitlə qurtaran sözlər –yı şə-
kilçisini qəbul edir: qapıyı, dəriyi, quzuyu, sürüyü (Qazax), alme-
yı//almayı, qonşuyu, kişiyi (ayrım) (27, 268). Bu hala türk ədəbi
dilində də təsadüf edilir: elmayı, kapıyı, deriyi, kuzuyu, sürüyü,
komşuyu, kişiyi və s.
7. Feilin bacarıq şəklinin inkarının -amma, -əmmə şəkilçiləri ilə
ifadəsinə Azərbaycan dilinin qərb qrupu şivələrində təsadüf
edilir: yazammadı, görəmmədi, qaçammaz, üzəmməz və s. (59,
21). Türk dilində də feilin bacarıq forması -ama, -eme şəkilçisi
ilə ifadə olunur: yazamadı, göremedi, kaçamadı, yüzemedi və s.
8. Qərb ləhcəsinin Gədəbəy-ayrım şivəsində birinci və ikinci şəxs-
lərin təki üzrə isimlərə şəxs-xəbərlik şəkilçilərinin və feilin za-
man və şəkillərində işlənən şəxs şəkilçilərinin digər oğuz dil-
lərində olduğu kimi qapalı saitli formalarına təsadüf edilir (-
ım,-im,-um,-üm; -sın, -sin, -sun, -sün)(27, 268): həkimim-dokto-
rum və s.
9. Azərbaycan dili dialektlərində öz əvəzliyinin yerinə kendi əvəz-
liyi işlənir: gəndi (Qazax, Şəki) “öz”- Biz gəndi ədətdərimizi yax-
şı bilerix ’(Qazax)(7,178).
Bu hala türk ədəbi dilində də təsadüf edilir: kendi dilim “öz di-
lim”, kendi odam “öz otağım”, kendi kendine “öz-özünə”.
10. Azərbaycan dilinin qərb şivələrində u, ü saitləri ilə bitən feillər-
də saitlər ahənginə uyğun olaraq –yor,-yör şəklində işlənir: oxu-
yor, toxuyor, sürüyör (Qazax) (27, 266-268). Türk ədəbi dilində
də indiki zaman feillərinin kökünə bir cür yazılan -yor şəkilçisi
artırmaqla düzəlir: geliyorum “gəlirəm”, okuyorum “oxuyuram”,
söylüyorum “söyləyirəm”.
|