Altay dilinin tuba dialektində küye “kürəkən” formasındadır
(27, 265). “Kürəkən” anlamında göy sözünə bir sıra türk dillərində
də təsadüf edilir: qaraçay-balkar dilində kюey//kuey (115, 198);
noqay dilində kuev (116, 218), başqırd dilində kiyäv, qazax dilində küyev, qırğız dilində küyo bala, küyo, tatar dilində kiyäv, türkmən
dilində giyev, uyğur dilində küyoğul, özbək dilində küyáv (88, 146 -
147). “Kitabi-Dədə Qorqud” abidəsinin dilində göygü “kürəkən” şək-
lində işlənmişdir: Xan babamıη göygüsi, Qadın anamıη sevgisi (43,
72); Gördi dügündə göygü ox atar (43, 63). Qeyd olunan leksik sözün
burada başqa variantına da rast gəlinir: Kül təpəcik olmaz, güyəgü oğul olmaz (43, 31); ...Bayındır xanın göygüsi, Qalın Oğuzın, dövləti, qalmış yiğit arxası Salur Qazan yerindən turmuşdı (43, 42). Oğuz
atalar sözlərində həmin sözün gürəgi formasına rast gəlinib: Gürəgi oğul olmaz (94, 68).
Qədim türk dilində küdegü sözü “qonaq gələn, qonaq olan” mə-
nasında küdegi-küdeği-güveği//güveyi şəklində səs dəyişiklikləri
ilə qeydə alınıb. Uyğurcada küd kökündən əmələ gələn küden (qo-
naq, gəlib-keçici, qalıcı olmayan) ilə eyni köklüdür. İ.Z.Eyuboğlu bu-
nu yeni evlənən birinin bu adı alması, ayrı ev tutub köçməsi, ata oca-
ğından ayrılması hadisəsi ilə əlaqələndirir. Müəllif güveyi sözünün
küdegü şəkliylə monqol dilində işlənən küregen (güveyi) arasında
kök baxımından əlaqə olduğu fikrini irəli sürür (80, 307). Abdülka-
dir İnan bir çalışmasında bu sözün “çoban”ya da “güdücü” məna-
sında söyləndiyini qeyd edir. O, qədim türklərdə (monqollarda ol-
duğu kimi) güveyinin qız evində bir müddət iş görməklə məsul ol-
duğunu, bu səbəbdən küdegü//güveyi sözlərinin kök olarak “çoban”
mənasını ifadə etdiyini qeyd edərək bu fikrinin üzərində durur (80,
307). Azərbaycan dilində “kürəkən” anlamında işlənən kürəkən lek-
sik vahidi daha qədimdir (monqol dilində kürgen“kürəkən”, kürəkən< Monqol dilində kürken (117, 45). Monqol dilində eyni söz
cəmdə kurget şəklində işlənir(18, 250). V.İ.Aslanov kürəkən sözü-
nün mongol dilindən alınma, göy sözünün isə türk mənşəli olduğu-
nu bildirmişdir. Onun fikrincə, mongol mənşəli kürəkən sözü köör- kək- feilindən, türk mənşəli küyəgü sözü isə güvən- feilindən yaran-
mışdır. Hər iki feil “güvənmək”, “öyünmək” mənasını ifadə edir. Əh-
məd Cəfəroğlu “Azəri ləhcəsində bəzi monqol ünsürləri” adlı məqa-