2.1. Qohumluq münasibətləri bildirən sözlər Qohumluq bildirən ortaq sözlər ən çox işlənmiş sahələrdən bi-
ridir. Azərbaycan dili şivələrində və türk ədəbi dilində qohumluq
münasibətləri aşağıdakı ortaq sözlərlə ifadə olunur:
Aqqa. Azərbaycan dili şivələrində “ata” (Saatlı, Zərdab), “yaşlı,
nüfuzlu kişilərə edilən müraciət” (Quba, Saatlı) mənalarında işlənir:
Aqqa, ağsaqqal kişilərə de:llər; Aqqa, doxdur gəlif inəx`lərə iynə vur- mağa (Zərdab) (7, 17).
Türk ədəbi dilində “ümumiyyətlə kənd və qəsəbələrdə sözü
keçən nüfuzlu, varlı kişilərə” ağa deyilir. Ağa xalq arasında hörmət
sahibi insanlara müraciət edərkən adların sonuna əlavə olunan
xitab sözüdür: “Recep Ağa”. Hoca başını ümitsizlikle iki yana sallaya- rak özür dilemiş, affedersin ağam demiş (Mukbil Özyörük); Derviş Ağa galiba bir şeyler daha söylemek istedi (140, 278). Türk ədəbi di-
lində yaşca böyük qardaş ağabey sözü ilə ifadə olunur: Mümtaz, ağabey dediği amcasının oğlu İhsan’ın hastalığından beri doğru dü- rüst sokağa çıkmamıştı (Ahmet H. Tanpınar) (68, 38). Nailə Hacıza-
də ağa sözünün Azərbaycan dilində böyüklük, hörmət mənaların-
da bəzi xanımların adlarında (məsələn: Ağabegüm, Xanımağa, Ağa-