Prof. Fərhad Zeynalov qədim türk leksikasını üç qrupa ayırır:
1) Ad bildirən sözlər; 2) Əlamət və keyfiyyət bildirən sözlər; 3) Hə-
rəkət bildirən sözlər (66, 39). Biz də bu tədqiqatda qeyd olunan böl-
günü əsas kimi götürdük. Azərbaycan dili dialektlərində və türk
ədəbi dilində ortaq işlənən bu sözləri aşağıdakı qruplarda birləş-
dirdik: 1) Ad bildirən ortaq sözlər; 2) Əlamət və keyfiyyət bildirən
ortaq sözlər; 3) Hərəkət bildirən ortaq sözlər.
Azərbaycan dilinin lüğət tərkibində ad bildirən ortaq sözlər mü-
hüm yer tutur. Bu qrupa qohumluq bildirən sözlər, adət-ənənə və
mərasim adları ilə bağlı sözlər, insanın bədən üzvlərinin adları, hey-
van adları, yemək, içki, qabqacaq adları, quş adları, heyvandarlıqla
bağlı olan sözlər, əmək alətləri və müxtəlif əşyaların adları, pul və
ölçü vahidini bildirən sözlər, coğrafi şəraitlə əlaqədar olan sözlər,
tikili adları, bitki adları, zaman məfhumunu bildirən sözlər, geyim
və parça adları, bəzək şeylərinin adları, bağ və bostanla bağlı sözlər,
xəstəlik adlarını bildirən sözlər, məişətlə bağlı olan sözlər daxildir.