bacı) işləndiyini qeyd edir (82,51). Quba dialektində ağa sözü “bacı”
sözü ilə birləşərək “böyük bacı” (ağabacı) mənasını ifadə edir. Ba-
sarkeçər dialektində isə ağa sözü “bajı” sözü ilə birləşərək “böyük
qardaşın arvadına müraciətlə deyilən söz” mənasına gəlir: Ağabajım öydə yoxdu, odune: dif (7, 13). Ordubad dialektində “nənə; atanın
anası” mənasına gələn ağanənə sözü işlənir: Atanın anasına bizlər ağanənə deyərıx (7, 13). Türk ədəbi dilində atanın və ya ananın ana-
sına “büyükanne” deyilir (75, 173).
Çuvaş dilində yaşca böyük bacıya, atanın və ya ananın bacısına,
ata tərəfdən nənənin bacısına da akka deyilir (114, 35).
Azərbaycan dilinin Füzuli şivəsində ağ leksik vahidinə ağmax feilinin tərkibində “çıxmaq, qalxmaq; bir tərəfə əyilmək, qalxmaq
(yük haqqında)” mənalarında təsadüf olunur: Qoyun dağa ağdı (7,15).
Qədim türk dili abidələrində də eyni feilə “çıxmaq, qalxmaq; bir tə-
rəfə əyilmək” mənalarında təsadüf olunub (103,4). B.Əhmədov ağa sözünün qədim türk dili sözü ağmaq “qalxmaq, yüksəlmək, böyü-
mək” sözü ilə bağlılığı fikrinə tərəfdar çıxır. Müəllif indiki ağa və
onun müxtəlif fonovariantlarının öncə düzəltmə olduğunu, sonra-
dan sadə sözə keçdiyini qeyd edir (20, 86).
Aba. Bu leksik vahid “ata” mənasında Gədəbəy, Quba, Ordubad,
Zəngilan şivələrində qeydə alınıb: Bizdə hindi aba çox işdəmiyədü, ata diyəduğ (Quba); Abam taxıl biçiydi (Zəngilan); Abam bi:lləri də kö:nə biniyə aparajax bizi, de:səŋ (Gədəbəy) (7, 11). Çəmbərək şivə-
sində ava “ata“ mənasında işlənir (7, 28).
Türk dilində, xüsusilə, xalq şivələrində aba sözü “yaşca böyük
olan bacı, xanım, bibi, yengə” mənalarında işlənir. Mançu dilində
ama (ata), şumer dilində ab (ata), macar dilində apa (ata), latınca
atavus (qurddədə), ərəb dilindəki eb, ab köklərinin yaxınlığı aba sö-
zünün tarixi inkişaf mərhələsini göstərir (80, 2). «Divanü lüğat-it
türk» əsərində aba oğuz əsilli söz olaraq həm “ana”, həm də “ata”
mənalarında qeydə alınıb. Karluqlar bu sözü apa şəklində deyiblər.
Burada “ata” mənasında işlənən aba sözünün ərəbcədən tibet dilinə
keçdiyi qeyd olunub: “Onlar bəni-Sabit nəslindəndirlər.Yəməndən bir şəxs türk ölkəsinə qaçıb gəlmiş, tibetliler onun nəslindən törəmişlər” (41, 151). Müasir türk dilində aba sözü işlənmir. Lakin bu sözün
digər fonovariantı olan əbə sözünə türk ədəbi dilində təsadüf olunur.