ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə29/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
28
 

 
Əbə. Zəngilan şivəsində bu sözün ikinci mənası “ata”dır (7,154). 
Cəbrayıl, Qax, Şəmkir şivələrində aba sözü “ana” mənasında iş-
lənir: Mən abamı görmağ isti:rəm (Qax) (7, 11). Lənkəran şivəsində 
əbə sözü “ana”,  Böyük Qarakilsədə ”nənə” mənasında qeydə alınıb 
(7, 154); Cəlilabad, Lerik, Yardımlı, İmişli, Sabirabad, Zəngilan ra-
yonları şivələrində əbəçi, Başkeçid, Borçalı şivələrində əvəçi, Qazax, 
Tovuz şivələrində əvənçi, Zəngilan şivəsində həbəçi “mama, mamaça” 
mənasını ifadə edir: Əbəçi oley beysavad, doxdır olanda deyeylər ma-
ma (Cəlilabad);  Mə:m əvəçim Fatma xaladı (Borçalı); Əvənçi uşağı 
tutor, boylum, kövəyin kəser  (Qazax)  (7,  154,  166,  167,  198);  Qax  
şivəsində  ədə sözü  “ana”  mənasını ifadə edir (7, 154).  
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunəsi olan atalar sözün-
də əbəçi sözünə təsadüf edilib: Pis əbəçiyə arvad tapşıran övladsız 
qalar (11, 53). 
M.Şirəliyev “mama, mamaça” sözünün qədim şəklinin abaçı ol-
duğunu qeyd edir. Müəllif abaçı sözünün aba (ana) sözü ilə -çı şəkil-
çisinin birləşməsindən əmələ gəldiyini yazır. Müasir türk ədəbi di-
lində ebeçi sözünün ebe şəklində işləndiyindən bəhs edir, o, aba və 
ebe sözlərinin arasında əlaqə olduğunu göstərməyə çalışır (58, 341).  
Ebe sözü türk ədəbi dilində bir neçə məna ifadə edir: “Doğuz-
duran qadın; yaşlı qadın; ananın anası, nənə və uşaq oyunlarında 
aparıcı uşaq” (75, 317): Hеnüz ona bir еbе gözüylе baкmadım (137, 
12). 
Baba. Azərbaycan dilinin Başкеçid, Təbriz, Füzuli şivələrində 
“ata” mənasında işlənir: Babam maηa kitaf alıf (Başkeçid);  Get gör, 
baban gəldimi öyə? (Füzuli) (7, 33). 
Azərbaycan dilinin digər şivələrində də eyni mənada işlənir: 
baba (Dmanisi), bava (Bərdə) “ata”. – Bavam gələndə deyəjəm (Bər.–
Lənbəran  k.).  Dmanisi  (Başkeçid) şivəsində  baba “ata” sözü  bava 
şəklində işlənəndə “baba” mənasını verir (27, 231). Həmin leksik 
vahid “Kitabi-Dədə Qorqud”un dilində “ata” mənasındadır: Dölimin-
dən ağarsa, baba görkli  (43,  33);  Oğlan geyigi qovarkən babasınıŋ 
ögindən gəlüb-gedərdi (43, 37). 
Türk ədəbi dilində də baba sözü “ata” mənasını ifadə edir (75, 
97): Bitsin, bеrabеr çıкar, babamın oraya gidеriz (127, 36). 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin