ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə37/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
36
 

 
Şilan. Bu leksik vahid Azərbaycan dilinin Oğuz, Təbriz dialekt-
lərində  “böyük qonaqlıq” mənasını ifadə edir (7, 466). Şağan, Zirə, 
Buzovna şivələrində etnoqrafik səciyyəli bu söz “qonaqlıq, ziyafət, 
həm də qədim bir adət və mərasim” mənasında işlənir: Qızqeytin oğlı 
əsgərrigdən gəlib, şılan qıyametdü ularda (Buzovna); Ruğyegilün nezri 
var, şılannığçun ərkegi də, dananı da keseceklər (Şağan) (64, 111). 
M.Şirəliyev bu sözün Bakı dialektində “toy, qonaqlıq” mənalarında 
işləndiyini qeyd edir: Şilən (Bakı)-toy, qonaqlıq (58, 345). Göyçay 
şivəsində  şilan “bol,  bolluq”,  Bakı  dialektində  toyşılan  “qonaqlıq”, 
Bərdə şivəsində şülən eləmək  “malını dağıtmaq”, Gədəbəy şivəsin-
də şülən “bol yemək”, şülən çəkmək “yeyib dağıtmaq” mənalarını ifa-
də edir (28, 176). Azərbaycan dilinin Oğuz rayonu şivəsində şülan 
“böyük qonaqlıq” mənasında, Qazax dialektində şülən “talan”, şülən 
olmax “talan olmaq, dağıtmaq” mənalarını ifadə edir: Bosdan şülən 
oluf (7, 475). 
Bu sözün “Kitabi-Dədə Qorqud” abidəsinin dilində “böyük qo-
naqlıq, toy yeməyi” mənalarına təsadüf edilir:  Ağ ayılda ağca qoyunı  
sorar olsan, Ağam Beyrəgin şüləniydi, Ağam Beyrək gedəli şülənim 
yoq (KDQ, 61); Beyrək şülən yeməginin üzərinə gəldi (KDQ, 64). 
Müasir  türk  dilində  şölen  sözü  “qonaqlıq”  mənasında  işlənir 
(75,  1028):  (R.H.Karay).  İ.Ayverdi şölen sözünün  monqol  əsilli  silen 
sözündən  əmələ  gəldiyini  qeyd  edir:  monqol  dilində    silen>şölen 
“şorba” mənasını ifadə edir. Müəllif  bu sözün hal-hazırda “qonaqlıq, 
dini mahiyyət daşıyan qonaqlıq” mənalarını ifadə etdiyini qeyd edir: 
Bulutlar her akşam içip denizi/ Gökkubbede şölen kuran mâbutlar 
(Ahmet M. Dranas) (70, 2964). 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin