ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə33/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
32
 

 
rinin eltisi olur (Ağdam);  Yaxşı elti bajı kimi olor (Borçalı);  Axşam 
eltimgilə toya getmişdim (Qazax);  Qəcəm də diyərux, elti də  (Qax); 
Züleyxanın eltisi yaman xoşxasiyyətdi (Göyçay);  Eltisi gəlif, ümküsü 
eləmiycax hindi? (Şəki) (7, 151). Həmin leksik vahidə eyni mənada 
Azərbaycan dilinin Tovuz şivəsində r>l əvəzlənməsi ilə təsadüf olu-
nur, Quba, Xaçmaz şivələrində isə ilti fonetik şəklində işlənir: Xacca 
mənim ertimdi. (Tovuz) (7, 151). Azərbaycan ədəbi dilində də elti sö-
zünə təsadüf olunub (7, 24). 
Bu söz türk ədəbi dilində də elti şəklində işlənir və eyni mənanı 
ifadə edir (75, 335): Annem eltisini hiç sevmezdi (Sâmiha Ayverdi) 
(68,  842).  Türkmən  dili  üçün  də elti sözü  səciyyəvidir  (88,  213). 
M.İslamov elti sözünü nigah qohumluğuna aid terminlərə aid edir 
(40, 182). 
Göbəx`. Azərbaycan dilinin Təbriz dialektində “tayfa” mənasın-
da işlənir: Qocabəyli göbəyi indi təxtəqapı olupdi (7, 185). Azərbay-
can dili şivələrində tayfa və nəsil məfhumunu bildirmək üçün müx-
təlif terminlərdən istifadə olunur. E.Əzizov bu barədə yazır: ”Respub-
likamızın ayrı-ayrı regionlarında tayfa və nəsil məfhumunu bildirən 
tayfa, nəsil, təbəh, coğa, tabun, uruğ, uruğ-turuğ, toxum, tirə, dəngə, 
com, basalax, kök, oymax, ağrəbə, övlad, oba, göbək kimi sözlər xal-
qın tarixinin qədim dövrləri ilə səsləşir. Bu sözlərin əksəriyyətinin 
türk mənşəli olması Azərbaycanda türk etnosunun yeri və tutumu 
barədə əsaslı dəlil ola bilər...” (25, 120): Bizim köbəkdəndi Əli (Bi-
ləsuvar); - Olar bizim kökdəndi (Bakı, Xanlar, Qazax, Salyan). Qeyd 
olunan  nümunələrdəki köbək//kök sözləri “nəsil” mənasını  ifadə 
edir (7, 260). 
Göbək leksik vahidi türk ədəbi dilində “nəsil, soykök” məcazi 
mənada işlənir (75, 418):  Temiz bir isim bir miktar dünyalıkla be-
râber olursa âlâ; fakat züğürt evlâtlarda ancak bir, nihâyet iki göbek 
dayanabilir (Reşat  N.  Güntekin)  (68,  1063).  Qədim  türkcədə köp, 
köv kökü “çoxluq, çoxalmaq, artmaq” mənalarını əhatə edir (80, 436). 
İ.Z.Eyuboğlu buna əsaslanaraq göbek sözünün köp sözündən köb-e-
k-köbek>göbek şəklində inkişaf yolu keçdiyini qeyd edir. Müəllif gö-
bək sözünün mənasının “şiş, qabarıq, böyük, qabağa çıxan” sözləri ilə 
ifadə olduğunu bildirir (80, 285). İlhan Ayverdi ise “Misalli büyük 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin