ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə35/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
34
 

 
Kar yağayı patulcuk 
Nerde kaldun Hatuncuk 
O gırmizi yanağa  
Takacağum altuncuk  
 (Qaradəniz türküsü ) (80, 318). 
Xatun sözü Orxon-Yenisey abidələrində katun şəklində “arvad; 
xaqanın arvadı” mənalarında öz əksini tapmışdır. Kül tiqin abidəsin-
də:  “ögim  katun,  ulayu  öglərim,  əkələrim,  kəlinünim,  kunçuylarım, 
bunça yəmə tirigi kün boltaçı erti, ölügi yurtda, yolta yatu kaltaçı er-
tigiz” (52, 68); Moyunçor abidəsində: “...Katunun anta altım.” (52,137); 
Tonyukuk abidəsində: “...Katun yok olmıs erti...” (52, 119); “Kitabi-
Dədə Qorqud” dastanında da bu sözə təsadüf olunub: “...Dərsə xanın 
xatunı qayıtdı, gerü döndü” (43, 38). F.Ə.Şabanova qeyd edir ki, xa-
tun sözünün ilkin mənası özünü yalnız müasir türk və qismən də 
Azərbaycan dilində (xanım-xatın birləşməsində) qoruyub saxlamış-
dır. Digər türk dillərində isə bu söz qohumluq termini kimi çıxış edib 
“arvad, qadın” mənalarını əks etdirir. O, “Oğuz-Səlcuq abidələrində 
qohumluq terminləri” adlı tədqiqat işində adı keçən abidələrdə (Əh-
məd Fəqihin “Çarx-namə”, Şəyyad Həmzənin “Yusif və Züleyxa” əsər-
ləri, Sultan Vələdin səlcuqca şeirləri və “Dastani Əhməd Harami” 
poeması) Azərbaycan dili üçün arxaikləşmiş  xatunqızoğlan kimi 
qohumluq münasibətlərini əks etdirən terminlərə təsadüf edildiyini 
yazır (56, 91). Türk mənşəli xatun sözünə fars dilində də təsadüf 
edilir. Bu söz fars dilinə Nizami Gəncəvi vasitəsi ilə keçmişdir: Bə 
novkitiri hər xatun süvari, Füru dade ze ahu mərğzari (33, 42). Müa-
sir dilimizdə qadın (arvad) və xatın (qadın, xanım) sözlərinin ifadə 
etdiyi anlayışlar fərqlidir. 
Oymağ//oymax. Azərbaycan dilinin əksər şivələrində “nəsil, 
tayfa” mənasında işlənir (7, 384):  Bəzən oymağa diyillər Oruş-dar 
(Şəki);  Oymaxnan dəngə bir işdənir  (Ucar);  İrvahımhajılı oymağın-
nandı bu gədə (Tovuz). Oymağ sözünün “oba, kənd” mənası da qey-
də  alınıb:  Burda oymağ ayrı-ayrı kətdərə deyilir  (Tovuz)  (7,  384). 
Şəkinin Baş Kəldək və Orta Zəyzid kəndlərində oymax sözü “nəsil” 
mənasında  işlənir  (40,  180).  M.Şirəliyev  oymax  sözünün  Ağdam, 
Qazax, Qarabağ şivələrində  “bir neçə ailənin kənddən kənarda ya-
şadığı yer, kənd”  mənasında işləndiyini qeyd edir. Müəllif oymax 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin