ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə32/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
31
 

 
ləsində türk və monqol dilləri səviyyəsində tarixi planda geniş mü-
qayisələr aparmış, beləliklə, qədim türkcədəki eyni mənalı kürdə-
 leksik vahidinin monqolcadakı gürgen lekseminin tam qarşılığı 
olduğunu müəyyən etmişdir (18, 251). Afina Əlizadə mənşəcə türk 
sözü olan kür-, xür- və onun törəmələrinin kürəkən sözünün əsası 
olduğunu və bu sözün monqol sözü deyil, türk mənşəli olduğunu 
qeyd edir. Müəllifə görə kür- “qorumaq”, “mühafizə etmək”, “keşi-
yini çəkmək” mənasında semantik cəhətdən qismən kürəkən sözü-
nə uyğun gəlir (22, 22). 
Döl. Bu leksik vahid Azərbaycan dilinin Gəncə, Göyçay, Şəki şi-
vələrində “cins, nəsil” mənasında işlənir: Bizim kə:r at Allahyargilin 
atdarının dölünnəndi (7, 142). 
Döl sözü türk ədəbi dilində  “canlı varlıqların çoxalması nəticə-
sində əmələ gələn fərd və ya fərdlər; nəsil, zürriyət, soy” mənalarını 
ifadə edir (75, 301): ...Sakın Ermeni dölü müsün?... (138,54); Kapla-
ma tahtalarının aralıklarında yuva kurup döl üreten güvercinler ka-
dar olsun(…) göstere bilseydi (Sâmiha Ayverdi) (68, 751). 
Döl qədim türkcə olan töl doğma, çoxalma, törəmə, yaşama, nəsli 
sürdürmə, növ bildirən kökdən əmələ gəlmişdir (80, 202). Qədim 
türk dili abidələrində döl iki mənada işlənib: “körpə və nəsil” (103, 
72). 
Düngür. Bu sözə Bolnisi şivəsində düngür “quda” şəklində tə-
sadüf edilmişdir (7, 148). 
Türk ədəbi dilində dünür şəкlində işlənib “gəlin ilə oğlanın ata-
larının bir-birinə olan qohumluq münasibəti” mənasını bildirir (75, 
311): Dünür öncеsi, yoкlamaya gеlеn Еrtuğrul bеğ gazi yoldaşlarına 
da tam bir içtеnliкlе, düşüncеlеrini anlatıyor vе …. (129, 56). Dünür-
şü isə “gəlin ilə oğlanın analarının bir-birinə olan qohumluq müna-
sibəti” mənasında işlənir (118, 311). 
Qədim  türk  dili  abidələrində düηür, düηürlik leksik  vahidləri 
“evlənmək yoluyla əmələ gələn qohumluq“ mənasında işlənib (103, 
75). 
Еlti. Azərbaycan dilinin əksər şivələrində “iкi qardaşın arvad-
ları” mənasını bildirir: İki qardaş evlənəndə olların arvatdarı bir-bi-



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin