2.4. Heyvan adları Bədəv. Azərbaycan dilinin Şahbuz şivəsində “qaçağan at” mə-
nasında işlənir: İki bədəv at gətirrəm mən, al qaç (7, 48).
Türk ədəbi dilində bedevi sözü “çöldə, çadırda yaşayan insan,
sürətlə qaçan ərəb atı” mənasını ifadə edir: İngiliz cephesinden at kaçırıp bize satan bedeviler dönüşlerinde bizim atlarımızı çalıp İngi- lizlere satarlardı (F.R.Atay); İcabında bedevi çadırlarında geceyi geçirebiliriz (Refik H.Karay). Türk ədəbi dilində bu sözün “çölə mən-
sub” mənasına da təsadüf olunub: Askerlerden biri bedevi hikayeler söyledi (Refik H.Karay) (68, 315). Bədəvi sözü müasir Azərbaycan
dilində “köçəri, çöllü” mənasında işlənir (10, 264). “Kitabi-Dədə Qor-
qud” dastanlarının dilində də bədəvi sözünə təsadüf edilmişdir: Bə- dəvi atının boynın qucaqladı, yerə düşdü (KDQ, 37); Oğlı Uruz cilav- sını çəkdirdi. Bədəvi atın oynatdı, qarşu gəldi (KDQ, 69). Bədəviyyun bədə feilindən törəyib ərəb dilində “səhrada yaşayan” deməkdir
(105, 61). Həm Azərbaycan dilinin Şahbuz şivəsində, həm də türk
ədəbi dilində ortaq işlənən bədəvi leksik vahidi türk mənşəli olma-
yıb, ərəb dilindən alınmadır.
Davar. Bu söz Azərbaycan dilinin Təbriz dialektində “qoyun”
mənasında işlənir: Bizim davarları qoymırdıla orda otdası (7, 120).
Türk ədəbi dilində davar leksik vahidi “qoyun ve keçinin ortaq
adı, qoyun; qoyun və ya keçi sürüsü, qoyun sürüsü” mənalarını ifadə