ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə42/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
40
 

 
Enik leksik vahidi türk ədəbi dilində “heyvan balası, ət yeyən 
heyvanların balası, küçük” mənalarını ifadə edir (75, 341): Maymun 
eniklerse on yâhut daha ziyâde enikler (Ahmet Bîcan) (68, 859). 
Türk dilində inmək sözü, çox dar sahədə “doğmaq” mənasına 
gəlir, e/i dəyişməsi ilə inmək feili enmək şəklində də deyilir (belin-
dən enmək, doğmaq) (80, 235). 
Irmağun gıyısinda 
Yılanun gömükleri 
Geldi geçdi garşima 
Köpeğun enukleri    
(Qaradəniz türküsü) 
 
Türk mənşəli en (eğn) sözünün “oynaq yeribükülən yer” mə-
naları qeyd olunur (80, 236). Enik sözünün orta türkcədə yeni- “doğ-
maq” kökündən əmələ gəldiyinə dair fikir də irəli sürülür: ye-nik. La-
kin Mahmud  Kaşqarlı  yeni-  kökünü  sadəcə  qadın üçün “doğmaq” 
mənasında işləndiyini qeyd edir. Bu leksik vahidin uyğur dilində 
enük “(pələng) balası”, orta türkcədə enük “aslan balası” mənaları 
qeyd olunub (78, 136). “Kitabi-Dədə Qorqud” dastanlarının dilində 
bu söz “vəhşi heyvan balası” mənasında işlənir: Aslan ənigi yenə as-
landır (KDQ, 119). Enük sözünün “pələng balası”, “aslan balası”, “vəh-
şi heyvan  balası” mənalarını  daha  qədim  hesab etmək olar.  Həm 
Azərbaycan dili dialektlərində, həm də türk ədəbi dilində ortaq is-
tifadə edilən qeyd olunan leksik vahidin “küçük” mənası dilin son-
rakı inkişafı nəticəsində əmələ gəlib. 
Pare. Azərbaycan dilinin Şəki dialektində “siçan balası” məna-
sını ifadə edir: Bizim çardaxda pare var (7, 393). 
Türk ədəbi dilində də fare şəklində eyni mənanı ifadə edir (75, 
365):  Fare çıktığı yeri bilir (türk  atalar  sözü);  Daha beş yaşından 
itibaren  bir  fareye  benzeyen  küçücük  yüzünde  alabildiğine  açılmış 
gözleriyle ve alabildiğine delik kulaklarıyla evin içinde olan biten ne 
varsa hepsinin aslını öğrenmeğe çalışmıştı (140, 165). 
Sığır. Bu söz Azərbaycan dilinin Ağdam, Cəbrayıl, Göyçay, İs-
mayıllı, Qafan, Qarakilsə, Şuşa şivələrində “inək”; Qax, Qarakilsə, Şəki 
şivələrində “naxır” mənasında işlənir: Sığırrar eyriği batırdılar (Göy-
çay);  Həmid kişinün malı çoxsa da, hamısı sığırdi (İsmayıllı); Döğa-



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin