ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə50/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
46
 

 
də qeydə alınıb: Mahallenin ara sokaklarında, çeşme başlarında iplik 
tokaçlayan, haşıl kaynatan ve ya boyadan çıkmış kelepleri sokağa ge-
rilmiş iplere asmaya çalışan kadınlara rastlardınız (Kemal  Y.Aren) 
(68, 1200). 
Pağaça. Bu leksik vahid Azərbaycan dilinin Axalsxi şivəsində 
“mayasız xəmirdən bişirilən çörək” mənasında işlənir: Pağaçaya çox 
bişmək lazımdı (7, 391). 
Türk ədəbi dilində poğaça “içinə pendir, qıyma, kartof qoyula-
raq pişirilən bir növ çörək” mənasını ifadə edir (70, 2518): ...- hattâ 
şehre girdikten sonra ilk rast geldikleri poğaçacı dük-kânından kar-
nını doyuracak bir şeyler bile aldırmış (140, 63). 
Riçal. Azərbaycan dilinin Bakı dialektində “əncirdən bişirilmiş 
mürəbbə” mənasını ifadə edir (4, 352).  
Reçel sözü müasir türk ədəbi dili üçün səciyyəvidir: İki çay fin-
canı – Yunus Bey ikide bir gelip geçtikçe, bir parmak reçelden, bir par-
mak tereyağından ve bir yudum gittikçe soğuyan çaydan, tuzsuz ek-
mek kırıntıları, peçeteler (136,  54).  “Mürəbbə” mənasında  işlənən 
riçal sözü qeyd etdiyimiz dillərə fars dilindən keçmişdir: farsca-rī-
çâr, rīçâl (95, I c., 1043).  
Sahan. Bu söz Azərbaycan dili şivələrində (Başkeçid, İmişli, Qa-
zax) “dərin mis qab” mənasında işlənir: Sahanda qatıx var (Qazax) 
(7, 415). Borçalı şivəsində saxan şəklində işlənir (7, 415). 
Türk ədəbi dilində sahan sözü “içində yemək isidilən, yumurta 
və ya başqa şeylər bişirilən, dərinliyi az olan mis qab” mənasını ifa-
də edir: Mehmet’i et günü olmadığı halde bol bir sahan külbastıyı yer-
ken yakaladı (Ömer Seyfettin) (70, 2636); Keçe, kilim, eski bir yorgan, 
yırtık bir muşamba, bir iki yemek sahanı, bir bez bebek ki başına iliş-
tirilmiş uzun kumral saçlardan başka bebeğe benzer bir yeri yok... 
(133, 113). İlhan Ayverdiyə görə, bu söz ərəb mənşəli olub ﻥﺣﺻ 
sözündən əmələ gəlib. Ərəb dilində bu söz “boşqab” mənasında iş-
lənir (105, 430). 
Sə:ləb. Bu söz Azərbaycan dilinin Bakı dialektində “şərbət” mə-
nasında işlənir (7, 426).  
Türk ədəbi dili üçün sâlep sözü səciyyəvidir. Sâlep “salep bit-
kisindən  əldə  edilən  un  halındakı  maddədən  hazırlanan  içki”dir: 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin