ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə46/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
43
 

 
kendiliğinden teslim olacağı kanaatindedir (Kâtip Çelebidən seçmə-
lər), bu dildə ikinci mənası isə “səfər üçün hazırlanan yiyəcək şeylər, 
yol yiyəcəyi”dir (75, 95): Azığını aldı, yine yola atıldı (Ömer Seyfet-
tin) (68, 242). 
E.Əzizov azuk sözünün “azuqə” mənasına gəldiyini yazır. O, qeyd 
edir ki, qədim türk  forması ilə müqayisədə azıx sözündə u > ı, k > x 
dəyişikliyi baş vermişdir. Azuq sözü Azərbaycan ədəbi dili material-
larında “yol üçün götürülən ərzaq” mənasında işlənmişdir: Mən bu 
oğlanı alayın, ava gedəyin. Yedi günlik azuqla çıqayın (KDQ); Yönəl-
din bir yola sən ki, uzağdır, bəndini tərk et, Azuqsuz kişilər dözməz 
bu yolların uzağına (Nəsimi) (27, 259). E.Əzizov qədim insan düşər-
gəsi – Aşağı Paleolit dövrünə aid Azıx mağarasının adının “ayı” mə-
nasında olan azıq sözü ilə deyil, məhz “azuqə, ehtiyatda olan ərzaq” 
mənasını ifadə edən azuk//azık sözü ilə bağlayır. Müəllif Azıx ma-
ğarasında çoxlu ocaq yerlərinin, kül-kömür qalıqlarının və ov hey-
vanları sümüklərinin tapılmasını Azıx toponiminin doğrudan-doğ-
ruya qidalanma və ərzaq ehtiyatı ilə bağlı olaraq meydana çıxması 
ehtimalını  qüvvətləndirdiyini  yazır.  O,  Azıx  mağarasını  həm  sığı-
nacaq, həm də ərzaq ehtiyatının saxlandığı yer olduğunu qeyd edir 
(27, 260). Bu gün həm türk ədəbi dilində, həm də Azərbaycan dili-
nin qərb şivələrində (Şəmkir, Qazax) işlənən azıx sözünün mənşəyi 
qədim türkə dayanır. Azıx sözü ilkin mənasını saxlamaqla fonetik 
dəyişikliyə uğrayan sözdür (27, 258). Qeydlərdən anlaşıldığı kimi 
azıx sözünün ayı sözü arasında heç bir əlaqə yoxdur. 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin