Bəhsumat//Bəyismat//Bəysumat. Bu söz Azərbaycan dilinin
Ordubad və Naxçıvan dialektlərində “kömbə şəklində bişirilmiş çö-
rək” mənasında işlənir: Qərdaşım bəzardan bəhsumat almışdı; Bəyis- mat qalibdə pişir (Ordubad); Biz bəysumat allux (Naxçıvan) (7, 49, 53).
Türk ədəbi dilində peksimet sözü “sobada qurudularaq bişiril-
miş çörək” mənasını ifadə edir (75, 897): Kahvaltı için peksimedi her şeye tercih ederim (Ömer Seyfettin). Qədim türk dilində də bu
leksik vahid işlənmişdir: beksimet > beksumat. (103, 29). Peksimet mənşəyinə görə yunan dilindən alınma sözdür:(Yun. Paksimadi)
peksimet. Paksimadi yunan dilində “qurudulmuş çörək” mənasında
işlənir. Türk xalq şivələrində peksimet sözü daha çox “sobada bişi-