olunub (89, 517). Qırğız dilində tam sözü “palçıqdan, kərpicdən dü-
zələn divar” mənasını ifadə edir (104, 703). Bu leksik vahid (tam
“divar”) qədim türkcədə işlənib. Orta türkcədə də tām “divar” sözü
qeydə alınıb. Qədim qıpçaq dilində də tam şəklinə təsadüf olunub
(78, 104). Həm Azərbaycan dili dialektlərində, həm də türk ədəbi
dilində təsadüf etdiyimiz dam sözü türk mənşəlidir.
Gəm. Azərbaycan dili şivələrində (Ağdam, Çənbərək, Qarakilsə,
Qazax) “yüyən” mənasını ifadə edir: Atın gəmini ağzınnan çıxart otdasın (Qazax ) (7, 177).
Gem sözü türk ədəbi dilində də “yüyən” mənasında işlənir: Deh ey gâvurun atı diye gemi zorlar (Târık Buğra) (68, 1028).
Bu sözün kökü tam olaraq bilinmir. Bəzi tədqiqatçılar türkcə
kemir- ~ gemir- şəkilləri ilə *gem ~ *kem kökü arasında əlaqə olduğu- nu qeyd edirlər (78,153). Məlum olduğu kimi, türk dillərində -ir lek-
sik şəkilçisi feildən feil və ya feildən isim düzəldir. Belə olan təqdir-
də bu sözün kökünün feil olaraq alınması məqsədə uyğun deyildir.
Paldım. Bu söz Azərbaycan dilinin Şamaxı dialektində “minik
heyvanlarında palanın irəli gəlməməsi üçün quşğuna köməkçi qa-
yış” mənasında işlənir: Paldım ənni qeyişdən olur ki, atın qıçını kəs- məsün (7, 392).
Türk ədəbi dilində paldım sözü eyni mənanı ifadə edir: O başta kuskunu kopmuş eyerli düldüller / Bu başda paldımı düşmüş semerli bülbüller (Mehmet Âkif) (70, 2451).