ZabiTƏ teymurlu


  Coğrafi şəraitlə əlaqədar olan sözlər



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə63/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

2.10.  Coğrafi şəraitlə əlaqədar olan sözlər 
Çamır. Azərbaycan dili şivələrində (Goranboy, Qazax, Şahbuz, 
Şəmкir, Tovuz, Yеvlax) “palçıq” mənasını ifadə edir: Su, çamır kimi 
gəler, çay qoymağ olmaz (Tovuz); İnəx`lər çamırın içindədi (Qazax); 
Getdim gördüm at batıb çamıra, çıxa bilmir (Şahbuz) (7, 89)  


Azərbaycan dilinin dialekt leksikası 

 
57
 

 
Türk ədəbi dilində də çamur sözü eyni mənada işlənir (75, 208): 
Çamur  ayakkabılarını  çoktan  sarmış,  pantolonunun  paçalarından 
iki karış yukarıya kadar sıçramıştı (127, 51); Toprak saha ıslanmış, 
meşin yuvarlak çamura bulanıp ağırlaşmış (135, 15). 
Azərbaycan ədəbi dilində də çamır sözü “palçıq, lil, lehmə” mə-
nasını ifadə edir (1, 443). 
İ.Z.Eyuboğluna görə, çamur sözü monqol dilində olan şabor sö-
zündən əmələ gəlmişdir: Şabor>çabor>çamor/çamur (80,128). Qədim 
türk dili abidələrində bu söz çamır şəklində işlənmişdir ( 103, 50). 
 Gədig // Gədik. Bu söz Azərbaycan dili şivələrində Əli Bayramlı, 
Salyan, Ordubad  “aşırım, dağ keçidi” mənalarında işlənir: Biz bu gün 
dağın gədiyinnən aşırdıx (7, 176). 
Gedik sözü türk ədəbi dilində bir neçə mənanı ifadə edir. İfadə 
etdiyi “dağ keçidi” anlamı əsas mənadır. Bu söz “qüsur, nöqsan, boş-
luq” məcazi mənalarını da ifadə edir: Âdile, böylece hayâtında birta-
kım gedikler bulunduğunu bildiği Nûran’ı benimsiyordu (Ahmet  H. 
Tanpınar) (68, 1021). 
Gedik qədim türk dilində ket “qırma, yarma, dağıtma, deşmə” 
mənalarını  ifadə  edən  kökdən  ket-mek>ketmek (qırmaq,  deşmək, 
yarmaq) – ket-ü-k>ketük>ketik>gedik şəklində inkişaf yolu keçmiş-
dir. Gedik “bir yerdə qırılaraq, vurularaq, yarılaraq açılan keçid, keç-
mək  üçün  yer” mənalarını  ifadə  edir  (80,  273).  Qədim  türk  dili 
abidələrində gedük, gedik leksik vahidləri “əksik, nöqsan, ehtiyac, 
çatlaq, yarıq” mənalarında işlənib (103, 90). 
Hin. Ümumxalq dilində işlənən bu sözün Qazax, Tovuz şivələrin-
də “mağara” (Qazax), “hisli daxma” (Tovuz) mənaları var (7, 206). 
Türk dilində in sözü “kiçik mağara“ mənasında işlənir (75, 541): 
Küçük siyah gözleri, dâima karanlık bir inin derinliklerinden bakar 
gibi parladı (Ömer Seyfettin) (69, 1401). 
İ.Z.Eyuboğlu in sözünün qədim şəklinin yin olduğunu və “yırtı-
cı heyvanların qorunduqları təbii oyuq” mənasını ifadə etdiyini qeyd 
edir: aslan yin (aslan ini), ayı yin (ayı ini) (80, 347). 
Orta türkcədə īn, yin şəkillərinə təsadüf olunub (78, 190).  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin