ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə64/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
58
 

 
Ormannıx. Bu sözə “meşəli” mənasında Azərbaycan dilinin Qa-
zax dialektində təsadüf edilib: Bura elə ormannıxdı kın doŋuza hır 
desəŋ girməz (4, 347). 
Türk ədəbi dilində orman sözü “meşə” mənasında işlənir (75, 
864):  Vahşî hayvanlar gibi ormanlarda, ağaç kovuklarında saklanır-
 (Namık Kemal) (70, 2397). Meşə sözü isə “palıd” mənasını ifadə 
edir (75, 763): O evlerin önlerine kuru meşe dallarıyla örtülü çardak-
lar yapmışlar (Refik H.Karay) (70, 2032). E.Əzizov Azərbaycan dilin-
də meşə lekseminin işlənmə tarixinin daha qədim orman sözünün-
künün isə nisbətən yeni olduğunu qeyd edir. O, min ildən çox bun-
dan əvvəl Xəzər dənizinin cənub sahilində yaşamış elamitlərin dilin-
də meşə sözünün Azərbaycan dilindəki mənasında işlənməsinə əsas-
lanır: “Orman sözü, çox güman ki, Azərbaycan ərazisinə sonradan 
gələn türk tayfalarının dili üçün səciyyəvi olmuş, buna görə də məh-
dud dairədə işlənmiş, ümumişlək sözlərin sırasına keçə bilməmiş-
dir” (24, 43). Orman, ormanlı, ormanlıq sözlərinə “meşə, meşəli, çox 
ağaclı, meşəlik” mənasında Azərbaycan ədəbi dili nümunələrində 
də rast gəlinib: Ətraf bir orman kimi ağaclıq idi (S. Hüseyn); Bəli, bi-
zim kənd, daha doğrusu, bizim oba Səngər adlanan, meşəli, ormanlı 
uca dağın ətəyində yerləşir (S.Rəhimov); Burası qalın, sıx ormanlıq, 
sərt qayalıq, uçurumlu dərdlərlə qucaqlanmışdı (A.Şaiq) (12, 528). 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin