dix`cə qutarmır (Laçın); Yazıdan çayacan yağış məni döydü (Zəngilan);
Qavaxlar susuz yazılar çoxudu (Füzuli); Yazıda qoyun da otduyur, mal da otduyur (Şahbuz) (7, 544). Bu sözə Şəki dialektində Qaraya-
zı, Ağyazı (əkin yeri adıdır) sözlərinin tərkibində təsadüf edilir: Ta- xılımızın çoxu Ağyazıdadı (Biləcik); Biyil Qarayazıda bitən buğda heş vax olmītdi (Qışlaq) (40, 189). M.Şirəliyev qeyd edir ki, yazı sözü
Göyçay, Ordubad, Culfada “çöl, səhra” mənasında işlənir; - Qoyun sürüsü yazıdan gəldi sərdana sağılmağa (Ordubad). Şamaxı, Mərəzə
şivələrində yazı sözü yabanı sözü ilə müvazi işlənir. Gəncə dialek-
tində yazı sözünə yazıpişiyi (çöl pişiyi), yazımaralı (çöl maralı)tər-
kiblərində və yazıxmax məsdərinin kökündə təsadüf edilir.
Müasir ədəbi dilimiz üçün arxaikləşən yazı leksemi həm Mah-
mud Kaşğarinin lüğətində, həm də klassiklərimizin əsərlərində işlə-
nib: Sən üzündən aləmi rövşən qılıb saldın niqab, Yazıya salsın bu gün- dən böylə nurin afitab (Füzuli). Yazı sözünün “Kudatqu Bilik”əsərin-
də də “çöl, düzənlik” mənasında işləndiyini S.E.Malov qeyd edir. Yazı sözünə müasir türk dillərindən xakas dilində çazı (y>ç) formasında
təsadüf edilir (58, 334).
Müasir türk dilində yazı sözü bir neçə məna ifadə edir: “düz əra-
zi, düzlük, səhra; ova; tarla”: El yazıya el yazıya/Duman çökmüş çöl yazıya – Türkü” (75, 1138). Yazı sözü bəzi toponimlərin tərkibində
də qədim mənasını qoruyub saxlamışdır.Məsələn:Qarayazı meşəsi,
Qarayazı rayonu (Gürcüstanın keçmiş Qardabani rayonu), Göyçay-
da Qarayazı kəndi, Giləzi kəndi (Abşeron rayonu) və b. (9, 167).
H.Eren yazı sözünün yaz- (yaymaq, açmaq) kökündən əmələ
gəldiyini qeyd edir (78, 448).