Sarf//Sarıf//Sərp. Azərbaycan dili şivələrində “uçurum” (Ha-
mamlı), “dağlıq” (Qazax), “çıxılmaz, dik, sıldırım (qaya)” (Meğri) mə-
nasında işlənir: Sarıf yeri əlimiznən piçerix` (Qazax); Mō: baxma,
Binədəli Ardışdı, bərə:nin sərpləri oturammaz (Meğri) (7, 420, 430).
Türk ədəbi dilində sarp sözü “çıxılmaz, çox dik”: Sarp bir dağa
kaçan Alâüddevle’nin oğlu ile iki torunu eline esir düştü (Ömer Seyfet-
tin) və “çətin, sərt, güclü”: Çınarlı, en çok efe çıkaran sarp tabiatlı ha-
şin bir köydü (Ömer Seyfettin) mənalarını ifadə edir (70, 2682). Or-
ta türkcədə sarp sözü “çətin” mənasında işlənib (78, 357). Sarp lek-
sik vahidi Azərbaycan ədəbi dilində də “keçilməsi, üstünə çıxılması
çox çətin olan; çox dik, sıldırım, yalçın” mənasında işlənir (13, 43).
Yazı. Azərbaycan dili şivələrində (Ağdam, Cəbrayıl, Füzuli, Qa-
zax, Laçın, Oğuz, Ordubad, Şahbuz, Tərtər, Zəngilan) “çöl, səhra, dü-
zənlik” mənasında işlənir: Quvatdıya gedəndə yazı get-
|