Mertek türk ədəbi dilində “uzun, çox qalın olmayan, dört buçaq
odun” mənasını ifadə edir: Bir elif ki ne merteğe benzer ne de direğe...
(Ahmet Rasim) (69, 2020).
Mərtək bəzi tədqiqatçılara görə ermənicə martag sözündən əmə-
lə gəlib, bəzilərinə görə isə türkcədən erməni dilinə keçib (78, 293).
Masat. Azərbaycan dilinin Borçalı şivəsində “bülöv” mənasını
ifadə edir: Masatnan pıçax, xançal bülöylüyüllər (7, 346).
Masat sözü türk ədəbi dilində də “bülöv” mənasını ifadə edir:
Hesapsız kasap ne bıçak bırakır ne masat (atalar sözü); Aşçının et bıçağını al, masata sür, iyice bile (Ahmet Râsim) (69, 1945).
Nacağ// Najax. Bu söz Azərbaycan dilinin əksər şivələrində
“kiçik balta” mənasında işlənir: A balam, dur nacağı götür, bu eti ça- peg (Bakı); Naçaği vər, odun xırdali:m (Kürdəmir); Nacax iti olsay- dı, bu odunnarı əlbəhəl yarardım (Şahbuz); Dərviş deyir, iyirmi ildi bu najax məndədi (Qubadlı) (7, 367, 368).
Türk ədəbi dilində nacak sözü “qısa saplı, geniş ağızlı odun bal-
tası” mənasını ifadə edir (75, 826): Ellerine balta, nacak, sopa ne geç- tiyse onlarla düşmana saldırmakta, rastgele vurmaktadır (Orhan Ş. Gökyay); Şunlardan da sapan, keser, nacak yap (Mehmet E.Yurdakul).
Bu leksik vahid qədim yazılı abidələrin dilində “xəncər, qazma” mə-
nasında işlənib (103, 156). İlhan Ayverdi nacak sözünü fars mənşəli
söz hesab edir (Fars. nāçeh “yəhər baltası“). Qədimdə bu söz “döyüş
aləti olaraq istifadə olunan geniş və kəskin ağızlı böyük balta” mə-
nasını daşıyıb: Necâtî’ye nacak derler veli-kîn gerçek eydürler / Ha- vâriç boynun urmağa Ebû Müslim nacağıdır (Necâti Bey) (69, 2283).