ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə60/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
54
 

 
Türk dilinin şivələrində töbek “tepe”, töpe “son, uc”, dübek-tü-
bek-tibek-dibek  şəkilləri  işlənir  (80,  184).  H.Eren  dibek  sözünün 
(döy- (< tög-) “əzmək” kökündən əmələ gəl-
diyini qeyd edir: döğ- (>döv-) + -(e)k >*dövek > *düvek (>dübek) > 
divek > dibek (78, 111).  
Qazığ//Qazıx. Azərbaycan dilinin Dərbənd, Qax, Qəbələ, Şəki 
şivələrində “yerə basdırılan dirək və ya paya” mənasında iş-lənir: 
Qazığ bərk ağacdan taxılıtdıQazığın başını haçə eliyrıx, bağ sürün-
çüf çıxmasın; Dananı hələ ki qazığa bağla, so:ra mən yerinə bağlaram 
(Şəki); Qazığı bərk basdır ki, taya mö:kəm olsun (Qəbələ) (7, 289).  
Türk ədəbi dilində kazık leksik vahidi eyni mənanı ifadə edir: 
“İşâret kazığı” (69, 1625). Bu söz qədim türk dövründən bəri işlə-
nir (kazguk) (78, 224). 
Qazma//Qəzmə. Azərbaycan dili şivələrində (Qazax, Ordubad, 
Şərur) “külüng” mənasında işlənir: Ə, o qazmeyi ordan mã: ver (Qa-
zax) (7, 289, 294).  
Kazma leksik vahidi türk ədəbi dilində də “külüng” mənasını 
ifadə edir (69, 1626). 
 Mandal. Bu söz Azərbaycan dilinin Basarkeçər, Goranboy, Or-
dubad şivələrində “cəftə” mənasını ifadə edir: Mandal qapıda olar 
(Ordubad); Qapının mandalını vur (Basarkeçər) (7, 344). Azərbay-
can  dilinin  Basarkeçər  şivəsində  mandallamax  sözü  “cəftələmək” 
mənasında işlənir: Axşamdı, ta qapıyı mandalla (7, 344). 
Mandal sözü türk ədəbi dilində də “cəftə” mənasında işlənir: 
Buna basarak mandalı çevirdim (Refik H.Karay); Kapıyı bacayı şaşı-
rıp kendini duvarlara çarpmaktan ve de mandalı bulamadığından, 
bulunca da basıp açamadığından bir zaman debelenmiş (Kemal Tâ-
hir) (69, 1930).  
Sürmə. Azərbaycan dilinin Ağdaş, Ordubad şivələrində sürmə 
sözü də “cəftə” mənasını ifadə edir: Qapının sürməsin vur (Ordubad) 
(7, 452). Türk ədəbi dilində də sürme sözü “cəftə” mənasını ifadə 
edir: Biraz sonra sürmenin çekildiğini ve kapı kanadının aralandığını 
duyduk (Refik Halit Karay) (70, 2881). 
Mərtək. Bu söz Azərbaycan dilinin Çəmbərək şivəsində “odun 
qırığı” mənasında işlənir: Bir mərtək yoxdu ocağın gözünə qoyam (7, 
353). 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin