ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə58/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
53
 

 
Tarak leksik vahidi türk ədəbi dilində “kotanın dişli hissəsi, bə-
zi quşların başında yelpincə oxşar kəkil, qəlsəmə, əl və ayaqlarda 
pəncə sümükləri” mənasında işlənir (75, 1044). Gördüyümüz kimi, 
türk ədəbi dilində qeyd olunan tarak sözü Azərbaycan dili dialekt-
lərində də eyni mənada işlənir. İ.Z.Eyuboğlu qədim türkcədə olan 
targak (eşən, ayıran, dağıdan) sözünün tarak şəklində inkişaf yolu 
keçdiyini qeyd edir. Müəllif türkcə tar kökündə “dırmalamaq, da-
ğıtmaq,  eşmək,  yırtmaq,  qazmaq”  və  b.  mənaların  gizli  olduğunu 
qeyd edir (80, 642). Azərbaycan ədəbi dilində işlənən darmadağın 
(dağıtmaq, etmək) sözündəki dar hissəsi də bir kökdəndir.  
Dirgançı. Bu söz Azərbaycan dilinin Basarkeçer şivəsində “ta-
yaya yaba ilə ot verən adam” mənasını ifadə edir (7, 136).  
Dirgen sözü türk ədəbi dilində “yaba” mənasında işlənir: Kel 
Derviş, çok ağır bir işe hazırlanıyormuş gibi nacağın eğri  burnunu 
Uranha’nın  boş  böğrüne  dayadı,  dirgenle  saman  toplar  gibi  herifi 
yavaş-yavaş korkuluğun boşluğuna sürdü (Kemal Tahir) (68, 718). 
Qədim türk dili abidələrində dirgemek, dergemek  “toplamaq, bir ara-
ya gətirmək”, dirgenmek “toplamaq”, dirgeşmek “toplanmq, bir ara-
ya gəlmək” leksik vahidləri işlənib (103, 68-69). 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin