2.8. Əmək alətləri, müxtəlif əşyalar və onların
hissələrinin adları
Anaxdar// Anahtar. Azərbaycan dilinin Başкеçid, Borçalı şi-
vələrində “açar” mənasında işlənir: Qapıyı anaxdarnan qıfılla, gəl
(Borçalı) (7, 23).
İ.Z.Eyuboğlu anahtar sözünü yunan dilindən alınma söz hesab
edir: ankhtora/anaikterion sözündən əmələ gəlmişdir. Türk dilinin
xalq şivələrində: inahtar, enehter, anaktar, enağtar, enahdar və b.
şəkilləri işlənir (80, 30).
Türk ədəbi dilində də anahtar sözü “açar” mənasında işlənir
(75, 53): Simеranya кâşifinin yazıhanеsinе anahtar uydurmaкta bе-
nim ahlâкıma ayкırı hiç bir noкta görеmiyorum (137, 19).
Azərbaycan dilinin dialekt leksikası
51
Balgöz. Bu söz Azərbaycan dilinin Qazax dialektində “daş sın-
dırmaq üçün çəkic” mənasını ifadə edir: Daş qırma: gederem, balgö-
zü maηa ə:ti (7, 38).
Türk ədəbi dilində balyoz “ağır, böyük, uzun saplı çəkic” məna-
sında işlənir (75, 108). Yunanca barios(ağır) sözündən baryos/balyoz
əmələ gəlmişdir. Anadolu türkcəsində, xüsusilə, xalq şivələrində var-
yos, varyoz, baryos şəkilləri işlənir. Türk ədəbi dilinə keçişi Anado-
luda danışılan Rum dilinin təsiri ilədir (80, 72).
Çapa. Bu leksik vahid Azərbaycan dilinin Gədəbəy, Kəlbəcər şi-
vələrində “kətmən” mənasını ifadə edir: Çapeynan qartopun, qarda-
lının alasını vuroylar; Qartofun divini çapeynan doldur (Gədəbəy)
(7, 89).
Türk ədəbi dilində çapa “bağça və tarlada torpağı belləmək üçün
istifadə olunan, bir tərəfi düz, digər tərəfi çəngəl şəklində olan bağ-
ban aləti, kətmən” mənasında işlənir (75, 209): Yarın sabah çapaya
gideceğiz (68, 525). İ.Z.Eyuboğluna görə çapa sözü ya yunan mən-
şəli tsapi sözündən, ya da italyan mənşəli zappa sözündən əmələ
gəlib. Anadolu türkcəsinə də Anadoluda danışılan yunan dilindən
keçməsi təbiidir. Türk ədəbi dilində gəmiçilikdə istifadə olunan ça-
pa sözü bəzi mənbələrdə italyan mənşəli göstərilib. Lakin “bel, tarla
beli” mənasına gələn çapa ilə “gəmi dəmiri” olan çapa fərqli keyfiy-
yətdədir. İtalyanca zappa sözü “bel, kürək, kətmən” mənasına da
gəlir, ancaq daha çox dənizçilikdə geniş yayılmışdır. “Tarla beli”
mənasına gələn çapa isə xalq şivələrində yer alır. İ.Z.Eyuboğluna
görə zappa dənizçılikdə “kətmən”i, tsapi kənd təsərrufatındakı “kət-
mən”i əmələ gətirdi (80, 130). Çapa sözü leksik şəkilçi alaraq çapa-
lamax şəklində Azərbaycan dilinin Gədəbəy şivəsində “kətmənlə-
mək, kətmənlə alaq vurmaq” mənasında işlənir: Zavah duruη gediη,
yarımçəx qoyduηηuz yeri çapale: η (7, 89).
Türk ədəbi dilində çapalamak “torpağı kətmənləmək, kətmən-
lə belləmək” mənasını ifadə edir (75, 209). Çapa leksik vahidinin türk
ədəbi dilində müxtəlif leksik şəkilçilər qəbul etmiş variantları da
mövcuddur: Çapacı, çapalamak, çapalanmak, çapalatmak...(80,130).
Qeyd etmək lazımdır ki, dilimizdəki bütün sadə feillər milli söz-
lərdir, adətən, azhecalı (bir, iki hecalı) olur. Bəhs etdiyimiz çapmaq
|