2.6. Quş adları Anqut. Azərbaycan dili şivələrində (Ağdam, Şəki) “uzunboğazlı
ördəyə oxşar quş”: Zalım elə bil anqutdu (Ağdam) və məcazi məna-
da “avam, qanmaz” (Oğuz): Sən özünü lap angut yerinə qoymusan mənalarında işlənir (7, 24).
Urmiyə şivəsində anqut sözü “çöl qazının bir növü” və məcazi
mənada “uzun, zəiflikdən sümükləri çıxmış adam” mənalarını ifadə
edir (27, 258).
Qədim türkcədə aηıt (anqıt, angut)“su quşunun bir növü” mə-
nasını ifadə edir (103, 10).
Türk ədəbi dilində angıt-angut sözü “çöl qazının bir növü; mə-
cazi mənada avam, qanmaz”mənalarında işlənir (68, 140). Türk
dili ağızlarında angut və angurt şəkillərinə də təsadüf olunur. Qədim
qıpçaq dilndə də angıt şəklində işlənir. Uyğur dilində aŋır şəklinin
istifadəsinə rast gəlinib. Qırğız dilində qızıl ördəyə angır adının
verildiyi bilinir. Yakut dilində də aŋır sözü işlənir. H.Eren qeyd olu-
nan leksik vahidi “bir su quşunun çıxardığı səs”olaraq dəyərləndi-
rir (78, 13).
Doğan. Bu söz Azərbaycan dili şivəsində (Şuşa) “ov quşu” mə-
nasında işlənir: Bir ağ doğan aldım, yaxşı ovlıyır (Şuşa) (27, 251).