ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə49/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
45
 

 
 Türk ədəbi dilində çanak sözü “yastı və dairəvi saxsı qab” mə-
nasında işlənir (75, 208). Türk ədəbi dilində “saxsı kasa” mənası da 
qeydə alınıb: Fakat Akşemseddin çanağına ne burçak çorbası ne de 
yoğurt koyar, artan aşı da köpeklerin önüne döker (Ahmet H. Tanpı-
nar) (68, 524). T.Tekinə görə çanak sözü çan və -(a)k kiçiltmə şəkil-
çisinin birləşməsindən əmələ gəlib. Çin dilində çan “şərab və ya yağ 
tökmək üçün istifadə edilən qab” mənasını ifadə edir (98, 472). 
Çölməg//Çölməx`//Çölməy. Azərbaycan dili şivələrində (Cə-
lilabad, Salyan,  Gədəbəy, Naxçıvan,  Şərur,  Ordubad,  Göyçay,  Lən-
kəran, Masallı) “xörək bişirilən saxsı qab; dibçək” mənalarını ifadə 
edir (7, 106): Çölməx`ləri yü, piti qoyuram indi (Gədəbəy); Çölməx`də 
biz qərtop bişirərıx (Ordubad); Nənəm çölməydə xörəy pişirmişdi; Çöl-
məy düşdü yerə tikə-tikə oldu (Lənkaran) (7, 106). 
Türk ədəbi dili üçün çömlek leksik vahidinin “süzülmüş palçıq-
dan bişirilərək əldə edilən saxsı qab, bu cür qabların küpə bənzəyən, 
fəqət daha kiçik olanları” mənası səciyyəvidir (75, 237). Bu dildə 
çömlekçi sözünə də təsadüf edilir: Çömlekçi de başını bu kānûna eğe-
rek içerisinden demiş: Bana dahi iş gerek (Mehmet E.Yurdakul) (68, 
599). Çömlək qədim türk dili abidələrində çölmek şəklində işlənmiş-
dir (103, 58). Türk dili ağızlarında çölmek şəkli də işlənir (78, 100). 
Bu sözün kökü bilinmir. 
Givec // Gövec. Bu söz Azərbaycan dilinin Bakı, Quba dialekt-
lərində  “gil  qab”  mənasında  işlənir:  A balam, güvecimiz süzdədü? 
(Quba) (7, 184, 186).  
Güveç sözü türk ədəbi dilində “yemək bişirməkdə istifadə olu-
nan yastı və geniş ağızlı gil qab, bu qabda bişirilən yemək” mənası-
nı  ifadə  edir  (75,  440):  Ocağı  görsem,  üzerindeki güveci,  içindeki 
yaprak sarmasını (135, 25).  
Haşil. Azərbaycan dilinin Ordubad dialektində “xəşil” mənasın-
da işlənir: Haşil də olar bişirərıx, tərəx` də bişirərıx (7, 195). 
Haşıl sözü türk ədəbi dilində “suda və ya süddə bişirilib yağ və 
doşabla yeyilən xəmir xörəyi” mənasını ifadə edir (75, 469). Qədim 
türk  dili  abidələrində  xaşıl,  haşıl  leksik  vahidləri  “toxumacılıqda 
iplikləri yapışdırmaq üçün unu qaynadaraq əldə etdikləri xəşil” mə-
nasında işlənib (103, 106). Bu mənası müasir türk dilində bu gün 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin