mənasında işlənib: məktəbin aşxanası. Şofer dəftər-xanaya yapışıq tikilmiş birmərtəbəli aşxananın pəncərəsindən başını çıxardıb cavab verdi (M.Hüseyn) (10, 150).
İ.Z.Eyuboğlu âş sözünü fars mənşəli söz kimi qeyd edir. Müəllif
bu sözün türk dilinə keçişinin çox qədim olduğunu yazır (80, 43).
Bəzi dilçilər (Doerfer, Yegorov, Sevortyan) aş sözünün farscadan
alındığını, bəziləri (Ligeti, Clauson, Pelliot) isə türkcədən farscaya
keçdiyi fikrindədirlər (78, 23).
Aş uyğur dilində: “qurbanlıq, qurban yeməyi...” mənalarında
işlənir (80, 43). “Divanü lüğat-it türk” əsərində aş sözü “yemək, aş”
mənasında qeydə alınıb. Burada aş sözünün digər mənası da verilib:
aş “bir qabı sıxaraq təmir etmək” – “ayak aşla = qabı sıxaraq təmir
et” (41, 147). Aş sözü müxtəlif türk dillərində - başqırd, qazax, qır-
ğız, özbək, tatar, türkmən, uyğur - “yemək, yiyəcək” mənasında işlə-
nir(88, 30-31).
Türk ədəbi dilində aş sözü “yemək” mənasını ifadə edir. Bu sö-
zə müxtəlif söz birləşmələrinin tərkibində də rast gəlmək mümkün-
dür: Aş deliye kalmak “iş bələnlər, işin ustalarının ortadan çəkilməsi”,
aş dökmek “ziyafət vermək”, aş ocağı “kasıblara yemək verilən yer”,
aş pişti, bayram keçdi “əyləncə bitdi, işə dönmək vaxtı”, aş taşınca kepçeye paha olmaz “lazımsız sayılan alət ehtiyac duyulduğunda əhə-
miyyət qazanır”, aşda (çorbada) tuzu bulunmak “bir işə az da olsa
köməyinin dəyməsi”, pişmiş aşa su katmak “yolunda gedən bir işi
pozmaq” (75, 75) və s. Teğmen pişmiş aşa su katıyordu (130, 66); Yemek vakti olur. Hacı Bayram kendi eliyle aş dağıtır (Ahmet H. Tan-
pınar). Bu cümlədə aş sözü “yemək üçün bişirilmiş yemək” mənasın-
da işlənib. Türk ədəbi dilində Məhərrəmlikdə pişirilən yeməyə də
aş deyilir (68, 189). “Kitabi-Dədə Qorqud”da aş sözünə “ölü üçün
bişirilən yemək”: Həm ölülərimiz üçün verdüğimiz aşı əllərindən çə- küb alub yeər imiş (43, 117); “yemək, xörək”mənalarında təsadüf
olunub: Aydır: “Buŋlu qoca ilə Yapağlu qocayı Dəpəgözə verüŋ, aşın pişürsün!”- dedi (43, 99).
Azıx. Azərbaycan dilinin Qazax dialektində “yol azuqəsi” mə-
nasını ifadə edir (7, 31).
Azık türk ədəbi dilində “yiyəcək şeylər, qida, yiyəcək, ruzi” mə-
nasında işlənir: Düşman burayı tıkadığı için Turgut’un azığı tükenip