ZabiTƏ teymurlu


   Yemək, içki, qab-qacaq adları



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə44/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

2.5.   Yemək, içki, qab-qacaq adları 
Bu adlar məişət leksikasının obyektini təşkil edir: 
. Bu söz Azərbaycan dilinin Basarkeçər şivəsində “əriştə” mə-
nasını ifadə edir: A Balle, aş pişiribənə? (7, 27). 
Azərbaycan dilinin Arpaçay kəndləri (Türkiyə) şivələrində aş 
sözü “yemək, xörək” mənasında işlənir: Sən gedənnən nə aş yemişəm, 
nə əppəx` yemişəm (Aslanxana k.) (27, 231). Bu sözə Muğan qrupu 
və Cəlilabad rayon şivələrində “duru xörək” mənasında təsadüf edi-
lir. Məsələn, bəzi xörək adları bunu sübut edir: Xəmraşı, süddüaş, 
ayran aşı (dovğa) və s. Bu qədim leksemin ziyafət, qonaqlıq sözləri 
ilə bağlılığını xalq danışıq dilində işlənən bəzi etnoqrafik səciyyəli 
sözlərin tərkibində də görmək olur. Məs: Oruc aşı, alla:şı, imamaşı, 
həcaşı (Şərqi Abşeron) (48, 104). Həmin sözün “yemək, xörək” mə-
nası Azərbaycan ədəbi dili nümunələrində müşahidə edilir: Yapağlu 
qocayı Dəpəgözə verüη, aşın pişürsün–dedi; Ayğır atum boğazlayub, 
aşum vergil (KDQ); Eşqün odi pişürmişdi dürlü aşlar; Xəstə olalı kö-
nül eşqündən, ey can parəsi, İçərəm ğəm mətbəxindən dürlü-dürlü aş-
lar (Nəsimi) (27, 231).  
Aş sözü müasir Azərbaycan dilində “plov” mənasında işlənir. 
Məs: Südlü aş. Lobyalı aş. Çığırtmalı aş. Qiyməli aş və s. (7, 149). E. 
Əzizov aş sözünü ilkin mənasını və fonetik tərkibini saxlayan sözlər 
sırasında qeyd edir (27, 231). Qüdsiyyə Məmmədova Salyan şivəsin-
də aşxana sözünün “mətbəx” mənasında işlənməsini maraqlı fakt 
kimi qeyd edir (48, 104). Ədəbi dilimizdə də bu söz “yeməkxana” 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin