Qədim türk dili abidələrində şahin quşunun adı beş sözlə ifadə olun-
muşdur: şunkar, laçın, toğan, çağrı, kekuk (27, 251). Toğan sözü
“Kitabi-Dədə Qorqud”un dilində “şahin” mənasında işlənir: Toğanın əlinə aldı, ardına düşdü (KDQ, 80).
Doğan sözü türk ədəbi dilində “alışdırılaraq ovda faydalanılan
uzun qanadlı, sürətli uçan, qüvvətli, yırtıcı quş” mənasını ifadə edir
(75, 292). Bu söz leksik şəkilçi də ala bilir: On yedinci asır başlarında şikâr halkı denilen avcılardan 30 neferi doğancı, 271 neferi çakırcı, 276’sı şâhinci ve 45 neferi atmacacı olmak üzere mevcutları 592 idi (İsmail H.Uzunçarşılı) (68, 731). İ.Z. Eyuboğlu doğan sözünün kök
mənasının “ortaya çıxan, görünən, doğmuş olan”olduğunu qeyd edir.
Məna genişləməsi ilə bu söz hal-hazırda “quş” mənasında işlənir.
Müəllif doğan sözünün kökünü doğmak feili ilə əlaqələndirir: tog/toğ (oluş, çıxış, ortaya gəliş, yaradılış, yüksəliş, açılış, yayılış, inkişaf, bö-
yümə, yoğunlaşma bildirən kök)sözündən togmak-toğmak/doğmak... (80, 193). Qədim türk dili abidələrində toğan burunlı leksik vahidi
“yumru, yığcam burunlu, şahin burunlu” mənasında işlənib (103,
208).
Hüthüt. Azərbaycan dilinin Ordubad dialektində “şanapipiк”
mənasında işlənir: Hüthüt bəzəkli çöl quşudu (7, 213).
Türk ədəbi dilində hüthüt sözü “hop-hop, şanapipik”mənasın-
da işlənir(75, 507). Hüthüt ərəbcə hüdhüd sözündən əmələ gəlib
(80, 329). Başqırd dilində bu quş “hezhet”, qazax dilində “üdüd/sa-
sık kökek”, qaraqalpaq dilində “öpepek”, qaraçay-balkar dilində “bay-
ramdjak”, qırğız dilində “üpüp/sasık üpüp”, kumık dilində “qyukyuk”,
tatar dilində “höd-höd(koşı)”, türkmən dilində “xüypüypik”, uyğur
dilində “höppüp” adlanır (51, 68).