feili də dilimizin mövcud olan bu xüsusiyyəti ilə uyğunluq təşkil edir.
Bizcə, bu feil türk mənşəlidir.
Dağar//daqar. Azərbaycan dilinin Ağdam, Cəbrayıl, Kəlbəcər,
Kürdəmir, Quba, Oğuz, Salyan, Şamaxı şivələrində “qoyun və ya keçi
dərisindən hazırlanmış torba, kisə” mənasını ifadə edir: Dur dağarı bura gəti (Şamaxı); Dağarı sua qoyqınan yımşalsın (Salyan); Dağar- da taxıl saxlıyıllar (Oğuz); Bir dağar un gətidim (Ağdam); Əli, o da- ğarı də: rmənə apar (Kəlbəcər) (7, 110). Daqar leksik vahidi Şəkinin
Baş Göynük və Biləcik kəndlərində işlənir (40, 189): Epbeyi daqara dolduruf getdi (Şəki) (7, 111).
Dağar leksik vahidi üçün türk ədəbi dilində “dəri torba, yastı
ağızlı torpaq qab, çanaq, küp, böyük saxsı, atəş qoymaqda istifadə
olunan torpaqdan manqal” mənaları səciyyəvidir (75, 243). ”Yeni
Tarama Lüğəti”ndə tağar, dağar sözünün farsca teğār (qab, çanaq,
küp) sözündən əmələ gəldiyi qeyd olunub (103, 200). Bu leksik va-
hidə Sibir, Qırğız, Altay türklərində də rast gəlinir (dağar) (108, 63).
Azərbaycan dilinin Ordubad dialektində davarcığ: Davarcığ onaltı kilo un tutur; Ağbaba şivəsində isə davarçın “dağarcıq, torba“ mə-
nasında işlənir (7, 120). Dağarcıq sözü türk ədəbi dilində də qeyd
olunub: Dağarcığından kumlu köy ekmeği ve suyu seli kaçmış Miha- liç peyniri çıkarıp verdi (Sait Faik) (68, 611).
R.Ə.Rüstəmov Quba dialektində işlənən dağar leksik vahidinin
iki mənasını da qeyd edərək bu sözü omonim sözlərə daxil edir: da- ğar “taxıl və ya başqa şey tökmək üçün dəridən düzəldilmiş qab; bu
və ya digər şeyin həddindən artıq quruması” (53, 210). Azərbaycan
dilinin Dərbənd dialektində dağar//tağar//tağır “içərisində çörək
saxlanan dəri qab” mənasında işlənir (2, 276).
Darax/Tarax. Bu söz Azərbaycan dilinin Daşkəsən şivəsində
“kotanın hissəsi”: Kotan əkəndə daşa keçdi, darax sındı, hop taxdadan aralandı; Şuşa şivəsində “bəzi quşların başında yelpincə oxşar kə-
kil”: Şanapipiyin darağı to:uzunkuna oxşuyur; Kürdəmir, Şuşa şivə-
lərində “qəlsəmə”: Balığın darağı qaralsa, zəhərri olar (Şuşa) və “əl
və ayaqlarda pəncə sümükləri”: Bu sümüklər əl dəyil, əyax daraxla- rıdı (Kürdəmir) mənalarını ifadə edir (7, 116). Bu söz Azərbaycan di-
linin Oğuz şivəsində “dırmıq” mənasında işlənir: Soğanı tarax diyi- rix` unnan taraxlıyıf, toxumu səpirix (7, 481).