ZabiTƏ teymurlu


   Pul və ölçü vahidini bildirən sözlər



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə62/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

2.9.   Pul və ölçü vahidini bildirən sözlər 
Axça. Bu söz “pul” mənasında Şəkinin Qışlaq kənd şivəsində 
işlənir (40, 187). Həmin leksik vahidə Azərbaycan dilinin Qazax, Sal-
yan, Şəmkir şivələrində də təsadüf olunub. Qeyd olunan şivələrdə 
“balıqların üzərindəki pərək, pul” mənasında işlənir: Bizim çaylar-
dakı balıxların hamısında axça var (Qazax) (7, 17).  
Türk ədəbi dilində akçe şəklində işlənib “Səlcuqlarda və Osman-
lılarda pul vahidi olaraq istifadə olunan gümüş sikkə” mənasını ifa-
də edir: Ak akçe kara gün içindir (atalar sözü); Yunan komitesi, lü-


Zabitə Teymurlu 

 
56
 

 
zumlu olan akçeyi Avrupa’da bulunan Rum tüccarından iâne sûretıyle 
toplamakta iken…(Nâmık Kemal) (68, 66). Axça sözünə “Dədə Qor-
qud”un  dilində  də  rast  gəlinib:  Ağır xəzinəm, bol aqçam götürüb 
durursan, saŋa xərclıq olsun! (43, 48); Altun-aqçan, xərcləyür olsam, 
Mənim kəfənim olsun! (43, 83). 
Manqur. Bu söz Azərbaycan dilinin Bakı, Şamaxı, Şuşa şivələ-
rində “pul” mənasını ifadə edir. 
Türk ədəbi dilində mangır sözü “bir növ mis pul, pul” mənasın-
da işlənir: Bir derviş, “Yâhu, babaya bir kaç mangır himmet et!” der 
(Fâik Reşat); Mangır yok, gazinoya gidemiyoruz (Mâlik Aksel) (69, 
1932); ...Sultan Mahmut devrinden tek bir mangır sal-lanan boş bir 
kavanozun çıkması Aristidi Efendiye de ister istemez bu şüpheyi ver-
mişti (140, 50). Bu leksik vahid türk dilinin ümumişlək sözlər sıra-
sına daxil deyil. Lakin arxaizm kimi bədii üslub nümunələrində özü-
nü göstərir. Manqır sözünə Azərbaycan ədəbi dili nümunələrində 
də təsadüf olunub (12, 289). 
 Möngusak sözünə “mis pul” mənasında monqol dilində təsa-
düf olunub. Qeyd etdiyimiz leksik vahidin monqol mənşəli olduğu 
və möngur>mangur>mangır şəklində inkişaf yolu keçdiyi qeyd olu-
nur. Anadolu türkcəsinə isə mongolların Anadolunu hakimiyyətlə-
ri altına aldıqları qısa zaman içində keçib. XIV əsrdə Osmanlı dövlə-
tinin pul vahidi olaraq mənimsənib (80, 474).  
Qulac//quləc. Bu leksik vahid Azərbaycan dilinin Dərbənd dia-
lektində “1,5-2 metr” mənasında işlənir: Doqquz quləc piltə (çarıq 
bağı) aldım (2, 245).  
Kulaç sözü türk ədəbi dilində xalq arasında ölçü vahidi olaraq 
“qolların tam açılmış vəziyyətində iki qolun barmaq ucları arasın-
dakı uzaqlıq” mənasını ifadə edir: Her an o kaya ile gemi arasınada 
bir iki kulaçlık mesâfe azalacak zannedildiği halde azalmıyordu, art-
mıyordu da... (Sait Fâik) (69, 1781). 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin