ZabiTƏ teymurlu


Patrıc//Pıtırağ//Bitrax//Pitirağ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə70/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Patrıc//Pıtırağ//Bitrax//Pitirağ. Azərbaycan dili şivələrin-
də (İrəvan, Cənubi Azərbaycan, Culfa, Quba, Lənkəran, Meğri, Ordu-
bad, Şamaxı, Şərur, Cəbrayıl, Dərbənd) “yabanı bitki adı” mənasında 
işlənir: Pıtırağ zərəlli otdu (Culfa); Qoyunun quyruğunda gör naqqa-
da (nə qədər) pıtırağ var!  (Lənkaran);  Yaninnən keçeydim, pitirağ 
şalvaruma yapuşdi (12, 394,  404,  405,  59);  Buyilki gögərtilər hələ 
pitrağ çıxıb ki, heç allağdan seçmeg olmır (Buz ). G.Vəliyeva bit(mək) 
feilinə -rağ morfoloji ünsürünün artırılması nəticəsində bitki, tikan 
mənalı sözlərin əmələ gəldiyini qeyd edir (64, 74). Deməli, pıtır// 
pitir sözləri bitirmək sözü ilə əlaqəlidir.  
Müasir türk dilində pıtrak-pıtırak leksik vahidi “tikanlı toxum” 
mənasında işlənir: Evin önü pıtırak / O yâr gelsin oturak / Bir o de-
sin bir de ben / Bu sevdâdan kurtulak (Bayatı). İlhan Ayverdiyə görə 
bu sözə qədim türk dövründə buturġak şəklində təsadüf olunub (70, 
2504). 
Saz. Bu söz Azərbaycan dilinin Şəki, Oğuz şivələrində “qamış; 
qamışlıq” mənalarını ifadə edir: Donquzun meyli sazaydi, it də qo:dı 
saldı saza (Şəki) (7, 422). Saz sözü Şəkinin Baş Göynük və Qışlaq kənd 
şivələrində işlənir (40, 189). “Qamış; qamışlıq” mənasını bildirən saz 
sözü müasir ədəbi dilimiz üçün ümumişlək olmayan leksik vahid-
lərdəndir. “Kitabi-Dədə  Qorqud” dastanında  saz sözünün  “qamış” 
mənasında  işləndiyini  görürük:  Yalıncıq oğlu Yalıncuq bunı eşitdi. 
Beyrəgin qorqusından qaçdı, özüni Tana sazına saldı. Beyrək ardına 
düşdi. Qoa-qoa saza düşürdi. Beyrək aydır: “Mərə, od gətüriŋ! Gətür-
dilər. Sazı oda urdılar” (43, 66).  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin