ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə71/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
62
 

 
Qeyd olunan leksik vahid türk ədəbi dili üçün də səciyyəvidir: 
Bataklık sazından yapılmış evlerden ibâretti (Refik H.Karay); Dalgın 
dalgın bakarken/Sazlar ardında suya (Enis B.Koryürek) (70, 2697).  
2.13.  Zaman məfhumunu bildirən sözlər 
Düm. Azərbaycan dilinin Oğuz şivəsində “həmişə, daima” mə-
nalarını ifadə edir: Düm deyir ki, oxumağa gedəcəyəm (7, 147). 
Tüm sözü türk ədəbi dilində “bütün, daima” mənasında işlənir 
(75, 1090): Bastırmasının değeri yok, esintiyi tüm kesti (138, 59). İ. 
Z.Eyuboğlu tüm sözünün türk mənşəli olduğunu qeyd edir. Müəllif 
tüm sözünün ərəb dilindən keçmə söz olduğu fikrini irəli sürənlərə 
tənqidi nöqtəyi-nəzərdən yanaşır (80, 675). Qədim türk dili abidə-
lərində tüm “topa” mənasında işlənib (103, 215). 
Еr. Bu söz Azərbaycan dilinin Ağdam, Bərdə, Şuşa, Tərtər şivə-
lərində “tеz, tеzdən” mənalarını ifadə edir: Bir az er gəlseydin, tapar-
dın onu (Ağdam); Er dur ku, vaxtında çatasan (Bərdə) (7, 151). Bu 
gün er sözü Azərbaycan ədəbi dilində ayrıca söz kimi işlənmir lakin, 
bu sözə ertə, erkən sözlərinin tərkibində təsadüf edilir. 
Türk ədəbi dilində də er sözü er geç söz birləşməsi şəklində iş-
lənir: Er geç buradan gitmek gerekir (Reşat N. Güntekin); Vatanımı-
zın bütün dil ve edebiyat öğretmenlerinin er geç bu hakîkate erecek-
lerine inanıyoruz (Nihad S.Banarlı) (68, 863). 
Türk dilinin xalq şivəsində er kalkmak (erkən qalxmaq), er kal-
kan yol alır, er evlenen döl alır (atalar sözü) şəklində işlənir (80, 236). 
Qədim türk dili abidələrində er, ir “erkən, erkən zaman” mənasın-
da işlənib (103, 84 ). 
Mərrə. Azərbaycan dilinin Gədəbəy, Meğri şivələrində “vaxt; 
müddət”  mənasında  işlənir:  Bir mərrə gəlməssin da: buralara eləmi? 
(Gədəbəy); Mərrəni avara – avara vuracen başa, əla: da heş nə gəl-
mecex` (Meğri) (7, 353). 
Merre leksik vahidi türk ədəbi dilində “kərə, dəfə, kəz” məna-
larını ifadə edir (69, 2018). 
Öynə. Azərbaycan dilinin  əksər şivələrində “günorta yeməyi 
vaxtı”: Qalxoççılar hindi öyniyə çıxacegler (Lənkəran);  Bir də öynə 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin