rik edemeyerek rengi soluk, düğmeleri kopuk bir setre ve yırtık, ya- malı bir mest ile kalmış (Faiq Rəşad) (70, 2756).
Yeng. Azərbaycan dilinin Tabasaran, Zaqatala şivələrində “pal-
tarın qolunun ağzı” mənasını ifadə edir: Əhmət öz köynəginə yeng tikdirdi (Zaqatala); Meşəyə udun eləma: kitəndə qastumun yengi ci- rilütdü (Tabasaran) (7, 548). Yeng sözünə Azərbaycan dilinin Dər-
bənd və Tabasaran şivələrində tikiliş formasına görə müxtəlif olan
donların adlarında da təsadüf edilir: yenqləyi, yenqdügmə, genyenqi, yenqləri sallanan “qolu uzun, həm də enli don növü”.
Müasir türk dilində yen sözü “paltarın qolunun ağzı” mənasın-
da işlənir (70, 3405): Sümüklerini cepkeninin yenlerine, koluna, ara- da bir küçük hanımın –bacaklarının daha daha yukarılarını göste- recek şekilde- eteğine silişler… (128, 114).
Yen sözü “Kitabi-Dədə Qorqud”da “qol, paltarın qolu” mənasın-
dadır. İndi dialektlərimizdə “belə, bu vəziyyətlə, üsulla” mənasında-
kı “bu yengin” ifadəsi semantik cəhətdən həmin sözlə bağlıdır: yeng + zərf düzəldən –in (əl,qol sözü tərəf, dəfə, üsul mənaları məqamın-
da bu gün də işlədilir) (31, 66).