ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə76/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Dizdıx`//Dizziy. Bu leksik vahid Azərbaycan dili şivələrində 
“qadın alt və üst tumanı” (Bakı, Qax, Tərtər, Füzuli), “kişi alt tumanı” 
(Lənkəran, Hamamlı, Şəki) mənalarını ifadə edir: Özümə dizdiy al-
dım (Füzuli); Gümüşü atlasdan dizdix` tikif giyərdim (Şəki); Qıza, qə-
ləyə qedisən, pul verim mə: bi dizdıx` çit al (Lənkəran); Əşi, dizdiyim 
yırtılıb, ma: bir dizdıx` al (Hamamlı);  Dizziydən ötri səkkiz ərşin çit 
almışam (Qax) (7, 138). 
Dizlik leksik vahidi türk ədəbi dilində “dizə qədər olan alt tu-
man, qadınlara aid iş önlüyü, yun şalvar” mənalarını ifadə edir (75, 
291): 1720 yılında İstanbul’da ilk yangın tulumbacılığı teşkîlâtı kurul-
duktan sonra yangın tulumbacılarının giydikleri beyaz dimiden kısa 
don pantolona dizlik adı verilmiş ve o tarihten bu yana bu isim yalnız 
tulumbacı donları için kullanılmıştır (Reşat E.Koçu) (68, 730). 
Qədim türk dili abidələrində dizlik sözü “beldən diz qapağına qə-
dər olan ayağa geyilən paltar, qısa şalvar” mənasında işlənib (103, 71). 
Mərmərşə. Bu söz Azərbaycan dilinin Salyan şivəsində “parça 
adı” mənasını ifadə edir: Humay ağı nazik olur mərmərşədən (7, 352).  
Türk ədəbi dilində mermerşâhi leksik vahidi “parça adı” məna-
sında işlənir. Mermer sözü farsca şāh ve nisbət şəkilçisi – ī ilə birlə-
şərək mərmər-şāhī leksik vahidi əmələ gəlib: Hâce ursun başına des-
târ-ı mermerşâhiyi / Lâubâlî âşığın başında bir sâgar yeter (Bâkî’den) 
(69, 2018). Azərbaycan dilinin dialekt leksikasının türk dili ilə mü-
qayisəli  şəkildə  araşdırılması  bəzi  sözlərin  əslini  müəyyənləşdir-
məyə imkan verir: mərmərşə (Salyan şivəsi) < mermerşâhi “parça 
adı”(türk ədəbi dilində). 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin