Azərbaycan ədəbi dilinin bədii üslubunda da Ordubad şivəsin-
də işlənən oyma “paltar”sözündən istifadə edilib: Əgər zənni onu yanıltmırdısa, lap o qıraqdakı uzun ətəkli, beli dar oyma eynən bir vaxtlar Qaratelin əynində gördüyü donun özü idi (Əlabbas, “Güdaz”)
(30, 73).
Posdal//Postal. Azərbaycan dilinin əksər şivələrində “çust”
mənasında işlənir: Posdalın altı gön olor, üzü də dəri olor, özü də da- vansız olor (Borçalı); Posdalı yay günü geyillər (Şərur); Posdalı qa- vaxlar da giyirdilər, hindi də giyillər (Şəki); Qağa, mana postal alıf- sanmı? (Borçalı) (7, 407).
Türk ədəbi dilində postal sözü “çarıq kimi bağlanan bir növ ayaq-
qabı” mənasını ifadə edir: “Asker postalı.” İkide birde eğilip postalının üstünden dil gibi çıkmış dolak ucunu içeri içeri kakıştırıyor (Ahmet
Rasim) (70, 2523); Bu bayramlıкların altında da ya-rısı uçmuş pos- tallar giyilmеz ya?.... dеdi (127, 29).
İ.Şıxlı “Dəli Kür” romanında postal sözünü oxucunun başa dü-
şəcəyi bir şəkildə işlətmişdir:
“ - Ay Hacı, sizə bir sualım var. - Buyur oğlum. - Qapının ağzında üstü bıçaqla kəsilmiş bir cüt təzə postal var, o sizindimi? - Bəli, övladım. - Onu özünüzmü kəsibsiniz? - Bəli, bala. - Səbəbini bilmək olarmı? Hacı Əmrah əfəndi əlindəki stəkanı yerə qoyub gülümsündü və ayağındakı naxışlı coraba baxdı. - Ayağımı sıxırdı, mən də kəsdim”.
Setrə. Azərbaycan dilinin Cəlilabad şivəsində “astarsız pencək”
mənasını ifadə edir: İstidi, setrəni gey, gə gedəy (7, 424).
Setre leksik vahidi türk ədəbi dilində “keçmişdə rəsmi yerlərdə
geyilən düz yaxalı, qabağı düyməli, ətəyi uzun, qərb dəbinə uyğun
pencək formasında olan geyim” mənasında işlənir: O yıl elbise tedâ-