Gərdənnig. Bu söz Azərbaycan dilinin Salyan şivəsində “boyun-
bağı növü”mənasında işlənir: Gərdənnig arvadçındı (7, 179).
Türk ədəbi dilində gеrdanlıк sözü “boyna taxılan bəzək əşyası”
mənasını ifadə edir (75, 408): Boynunda iri taşlı bir gerdanlık gör- düm (Refik H.Karay).
Gərdənlik sözü Azərbaycan ədəbi dilində “arabaya, vələ və s. qo-
şulan heyvanların boynuna keçirilən bir üzü dəri, bir üzü keçədən
tikilən qoşqu ləvazimatı” kimi işlədilir: Gərdənliyi atın boynuna ke- çirmək (10, 236). Bu məna türk ədəbi dilində də qeydə alınıb: Türk- ler de birçok milletler gibi nazara, yâni göz değmesine inanan bir top- luluktur. İşte bu sebepten çok sevdiği atına göz değmemesi için onun boynuna bir gerdanlık (nazarlık) geçirir. Bu öyle yaygın bir gelenek ve öyle köklü bir inançtır ki gerdanlığı olmayan bir at yoktur denile- bilir (Faruk Sumer) (68, 1033).
İ.Z.Eyuboğluna görə farsca gerden (boyun) sözündən gerdan əmələ gəlib. Farsca gerden>gerdan ilə türkcə -lık şəkilçisindən ger- danlık (boyuna taxılan bəzək əşyası) sözü düzəlib (80, 277). Qədim
türk dili abidələrində qeyd olunan leksik vahid gerdançlık (boyun-
bağı növü) şəklində işlənib (103, 92).
Küfə. Bu leksik vahid Azərbaycan dilinin Axalsxi şivəsində “sır-
ğa” mənasında işlənir: Küfənin bahalısı pirliyantdan olur (7, 265).
Bu söz türk ədəbi dilində küpe şəklində işlənib “sırğa” mənası-
nı ifadə edir: Eliyle uzun ve üç boğumlu küpelerinden birisini yokladı (Ahmet H.Tanpınar) (69, 1827).