Nimdar // Nimdər.Azərbaycan dili şivələrində (Astara, Bakı,
İsmayıllı, Lənkaran, Salyan, Şamaxı) “döşəkçə” mənasında işlənir:
Oturmo:un, qoyın nimdar gətirim (Şamaxı); A:z, Səknə xanım, nimdarı at ora, aton ossun (Salyan); Nimdəri gəti altıma qoyım (İsmayıllı) (7,
375). Bu söz Azərbaycan dilinin Ağcabədi şivəsində mimdər şəklin-
də qeydə alınıb (7, 357).
Azərbaycan dilinin şivələrində “döşəkçə” mənasını ifadə etmək
üçün döşək, döşəkçə, balaca döşək, nalça, nimdər, dör döşəyi kimi
leksik vahidlərdən istifadə olunur. M.Şirəliyev döşəkçə -nimdər–nal- ça sözlərini sinonim sözlər adlandırır (58, 347). Nimdər sözünün ya-
yılma arealı döşək, dör döşəyi sözləri qədər geniş olmasa da, bir ne-
çə yaşayış məntəqəsində -Qaxın Sarıbaş, İlisu və Qəbələnin Zalam
kənd şivələrində bu söz qeydə alınmışdır (3, 235). Nimdər sözü cə-
nub zonasının şivələrində, daha dəqiq desək, Lənkəran, Astara, Le-
rik şivələrində geniş yayılmışdır (yenə orada). Nimdər sözünə Dər-
bənd rayonu dialektlərində “üstündə oturmaq üçün yerə salınan
köhnə nazik döşək” mənasında təsadüf olunub (2, 278).
Türk ədəbi dilində minder sözü “döşəkçə” mənasında işlənir
(75, 775): Oh! geniş minderli, aralıklı bir köşe... (134, 123).