(Rəşat N.Güntəkin). İlhan Ayverdi türkcədə işlənən merdiven sözü-
nün fars mənşəli olduğunu qeyd edir: nerdbān>nerdubān>nerdu- vān>merduvān>merdüven>merdiven (69, 2012).
Mərfəş. Bu söz Bakı, Ordubad dialektlərində “içərisinə yorğan-
döşək yığmaq üçün xüsusi toxunmuş əşya” mənasında işlənir: Mər- fəşi gəti şeyləri yığım içinə (Ordubad) (7, 352).
Türk ədəbi dilində mafraş leksik vahidi qeyd olunub və “içəri-
sinə yorğan-döşək və buna bənzər şeyləri yığmaq üçün dəridən və
ya çadır parçasından hazırlanmış xüsusi toxunmuş əşya” mənasını
ifadə edir (75, 726).
Namlı. Azərbaycan dilinin Cəbrayıl şivəsində “tüfəng lüləsi”
mənasını ifadə edir: Töfəngin namlısı sınıbdı (7, 369).
Bu söz türk ədəbi dilində eyni mənada namlu şəklində işlənir:
Aklıma hemen tabancam geliyordu tam çıbanımın olduğu yere nam- lusunun dayanacağı toplu, eski sistem, dumdum kurşunlu tabancam (Refiq H.Karay) (69, 2298).