ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə87/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

    Bu səhifədəki naviqasiya:
  • Halat .
Azərbaycan dilinin dialekt leksikası 

 
73
 

 
nı söküf yümüşəm  (Şəki);  Gedirəm yorğana qilif alım  (Oğuz)  (7,  296, 
305). Azərbaycan dilinin Biləsuvar şivəsində işlənən qınıf sözü eyni 
mənanı ifadə edir: Döşəyin qınıfı lap köhnəymiş (Biləsuvar) (7, 298).  
Türk ədəbi dilində kılıf leksik vahidi “bir şeyi qorumaq üçün 
keçirilən üz” mənasında işlənir: Koltuk pek kirli olduğundan üzeri-
ne bir kılıf yaptırdım (Ömer Seyfettin) (69, 1673). 
Halat. Bu söz Şəki dialektində “ağacdan meyvə salmaq üçün na-
zik uzun ağac” mənasında işlənir (7, 193). 
Halat leksik vahidi türk ədəbi dilində “nazik iplərin bükülmə-
siylə əldə edilən qalın, möhkəm ip” mənasını ifadə edir (75, 452): 
Hudâverdi’yi karaya bağlayan son halatı o çözdü  (R.H.Karay)  (69, 
1153). 
 İ.Z.Eyuboğluna görə halat sözü yunan dilindən türk dilinə geç-
mişdir: yun.xalos (ip) sözündən khalos>halos>halot>halat (gəmiçi-
lərin istifadə etdikləri qalın ip) (80, 311). 
Kiriş. Azərbaycan dili şivələrində (Cəbrayıl, Cənubi Azərbaycan, 
Gədəbəy, Gəncə, Kürdəmir, Qax, Qarakilsə, Salyan, Tovuz) “cəhrəni 
işlədən ip” (Cəbrayıl, Tovuz); “qoyun bağırsağından hazırlanmış bağ” 
(Gəncə)  mənasında  işlənir: Kiriş qırıldı, cəhrə dayandı (Cəbrayıl); 
Kiriş olmasa cəhrə işdəməz (Tovuz);  Kirişdən cələ qayrıllar (Gəncə) 
(7, 255). 
Kiriş leksik vahidi türk ədəbi dilində “bəzi sazlara heyvan ba-
ğırsağından taxılan tel, ox atmaqda istifadə edilən qurudulmuş ba-
ğırsaqdan düzəldilən tel” mənalarını ifadə edir (75, 659): Bir gün 
nasılsa sazının bir teli kopmuş. Yerine kopan telin cinsinden bir kiriş 
takacağına tutar, daha iyi ses çıkarır zu’muyla bir gümüş tel takar 
(Faik Reşat); Zamânın örfüne göre sülâleden prensler kendi yayları-
nın kirişiyle boğulurdu (Ahmet H.Tanpınar) (69, 1713). 
Nərdivan. Azərbaycan dilinin Borçalı, Dərbənd, Füzuli, Hamamlı, 
Qazax  şivələrində  “pilləkan”  mənasında  işlənir:  Abdul əvçin yəxşi 
nərdivan düzəltdü (Dərbənd); Nərdivannan oxarı çıxer, aşağı tüşöl-
lər (Borçalı) (7, 373).  
Bu söz türk ədəbi dilində eyni mənada merdiven şəklində işlə-
nir:  Eskilikten basamakları oynayan karanlık bir merdivenden çıktık 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin