Yemiş. Bu sözə Azərbaycan dili leksikasında (Dərbənd, Taba-
saran) “meyvə” mənasında təsadüf olunur: Alma teregin kəsdim, ye- miş vermiyədi (Dərbənd) (7, 547). Tabasaran və Dərbənd rayonları-
nın bir çox şivələrində yemiş sözü “meyvə” mənasında işlənib (2, 369).
Yemiş sözü Balakan rayon şivəsində “hər cür meyvə” mənasında
işlənir. Bəzi dialekt və şivələrdə (Cənubi Azərbaycan, Şamaxı) “quru
meyvələrin qarışığına və üzüm qurusuna” da yemiş deyilir: Bəşir bayramçun yemiş alıb (Şamaxı) (4, 245). Nəsiminin dilində də ye- miş sözü “meyvə, bar” mənasında qeydə alınıb: Tuba ağacının nədir yemişi, Həq anı ər yaratdı, yoxsa, dişi; Şirin həlavət ol yemiş imiş ki, sidrəsi Zatında xub xilqəti şirinüsul ola (Nəsimi) (48, 125).
Yemiş sözü Azərbaycan ədəbi dilində “qovun”; “hər cür quru
meyvə” mənalarını ifadə edir (13, 577).
Müasir türk ədəbi dilində yemiş, kuru yemiş sözü, əsasən, “mey-
və, qatışıq quru meyvə” mənasında işlənir: Fakat hem pür-nakıl çi- çek açmış hem yemişlerle donanmış güzel, ıslak bahçeler de tükendi (Refik H. Karay); ....çeşitli kuru yemişler getirdiler (69, 3405; 70,
1803).