2.17. Xəstəlik adlarını bildirən sözlər Bərə. Bu söz Azərbaycan dilinin İsmayıllı şivəsində “dərin ol-
mayan yara” mənasında işlənir: Ağlama, uşağ döysən, balaca bərədi (7, 52).
Türk ədəbi dilində bere sözü “bir-birinə dəymə nəticəsində
meydana gələn göyərtilər, əzik, sıyrıq, dərin olmayan yara” məna-
larını ifadə edir (75, 132): Sevinçten vücudunun berelerini unutarak uyudu (Halide E.Adıvar); Parmaklarının hafif temasıyla yüzümdeki bereleri muayene ederek tatlı bir sesle sordu (Kerime Nadir). Anado-
lu türkcəsində “yara bere” söz birləşməsində işlənən bere (əzik, çü-
rük, sıyrıq, kiçik iz, əlamət) sözünün monqol dilindən keçdiyi ehti-
mal olunur. Uyğur dilində bere, bire leksik vahidləri işlənir, amma
“uzunluq ölçüsü” mənasını ifadə edirlər (80, 85).
Dolama. Azərbaycan dilinin Cəbrayıl, Zəngibasar şivələrində
“yara adı” mənasını ifadə edir: Barmağıma dolama çıxıb (Cəbrayıl)
(7, 139).